Arama
Hyperion ağacı

Adı: Hyperion ağacı.

Özəlliyi: Dünyanın ən uzun ağacıdır.

Uzunluğu: 115 metr və daha çox.

Yer: ABŞ (ABD), Quzey Kaliforniya.

Kəşf tarixi: 25 avqust 2006-cı il.


Fəsiləsi: Sərvigillər (Cupressaceae).

Cinsi: Sahil sekoyası (Sequoia sempervirens).

Yarpaqları: Yumuru və iynəyarpaq.

Meyvəsi: Qozalı meyvə.


Haqqında digər bilgi:

Hyperion ağacı, Amerikalı araşdırmacı Mixayıl Taylor tərəfindən irəli sürülən iddiaya görə 115 metr (və daha çox) uzunluqdakı boyu ilə dünyanın ən uzun ağacıdır. 25 avqust 2006-cı il tarixdə kəşf olunduğu söylənilən hyperion ağacı həmdə uzun ömürlü ağac olduğu qeyd edilir.

Hyperion ağacı iddiaya görə sərvigillər fəsiləsinin sahil sekoyası cinsinə aid olan bir ağacdır. Bilinən ən yaşlı hyperion ağacının yaşının 600 il olduğu təxmin edilməkdədir. Amerika alimlərinin verdiyi bilgiyə görə 600 yaşındakı ağac cavan ağac sayılır. Hyperion ağacının ildə 19-75 sm uzandığı qeyd edilməkdədir. Ümumilikdə 140 metrə qədər uzanacağı ehtimal edilməkdədir. Ağacın 4000 il ömrünün olduğu, yeni ağacın bitməsi üçün toxumların əmələ gəlməsinin isə 150 ilə ehtiyac olduğu bildirilməkdədir.

Hyperion ağacının Amerikanın Kaliforniya dövlətində yerləşən meşədə (Ridvud (Redwood) milli parkında) olduğu iddia olunsada onun meşənin hansı tərəfində olması dəqiq açıqlanmır və söylənənə görə gizli tutulmaqdadır.

Hyperion ağacı
Kəşf olunduğu iddia edildiyi Hyperion ağacının iddia olunan və ən geniş yayılmış foto şəkili.
Hyperion ağacı
Kəşf olunduğu iddia edildiyi Hyperion ağacının iddia olunan foto şəkili.
Yazar: Şükür Məhişoğlu Oxunma: 361 Bölmə: Təbiyyət
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?