Arama
Hürrəmilik (Xürrəmilik)

Adı: Hürrəmilik (Xürrəmilik).

Adının kökəni: Farsça hürrəm (şad-hürrəm, şad-xürrəm) kəlməsi.

Adının anlamı: Mutlu olanlar, qızılı (qırmızı) geyinənlər.

Şəkli: İnanc.

Bağlılığı: Zərdüş-Məzdəkçilik inancı.


Haqqında digər bilgi:

Hürrəmilik, içində İslamın təhrif olunmuş qayda və ibadət formalarını barındıran məzdəkçiliyin bir qoludur. Məzdəkçiliyin digər qollarından əsas fərqi ruhun bir bədəndən digər bədənə keçməsinə inandıqları üçün Ebu Müslim Horasaninin öldüyünə inanaraq onun ruhunun başqa bədəndə yaşamasına etiqad etmələridir.

Ortaya çıxışı.

Əsil adı Abdurrahman (Ebu Müslim Abdurrahman bin Müslim El-Horasani) olan və Ebu Müslim künyəsi ilə tanınan Ebu Müslim Horasani İmam İbrahimin tapşırığı ilə Horasana getmiş və orda Abbasi soyunun hakimiyyətə gəlməsi üçün həm təbliğat işləri həmdə əsgəri işləri icra etməyə başlamışdır. Qaynaqlarda müsəlman biri olduğu və milliyyəti tam olaraq bərlirli olmayan Ebu Müslim Horasanda Əməvi soyuna qarşı üsyanı başlatmış və Horasan və civarında Əməvi hakimiyyətinə son qoymuş, Abbasi soyunun xilafətdə iqtidar olmasında Türk başbuğları ilə birlikdə rolu olmuşdur.

Abbasi soyundan Seffah “Ebü’l Abbas es-Seffah” sifəti ilə xəlifə elan edildikdən sonra Nişapurda zərdüş-məzdəkçi inancına bağlı məcusilərdən biri olan Bihaferid bin Mahfervedin zərdüş-məzdəkçi inancını yenidən canlandırmaq üçün 748-749-cu illərdə üsyan etdi. Ebu Müslim bu üsyanı yatırtdı. Daha sonra Buharada Şerik bin Şeyh el-Mehri adında biri hz. Əlinin övladlarına haqsızlıq olunub bəhanəsi ilə xəlifəyə 750-751-ci illərdə üsyan etdi. Ebu Müslim bu üsyanıda yatırdı. Ebu Müslimin dövlət qarşısında göstərdiyi bu xidmətlər onun etibarını getdikcə artırması xəlifənin qardaşı Ebu Cafəri narahat etməyə başladı. Xəlifəyə Ebu Müslimi öldürməyi təklif etdisədə xəlifə bu təklifi rədd etdi.

Xəlifə Seffahın ölümündən sonra xəlifə olan Ebu Cafər əl-Mansur ona qarşı üsyan edən Suriye valisi olan əmisi Abdullah bin Əli bin Abdullahı cəzalandırmaq üçün Ebu Müslimi əmisinin üstünə göndərdi. Ebu Müslim bu üsyanı 754-cü ildə yatırdaraq xilafəti və xəlifəni böyük sorundan qurtardı. Lakin, bundan sonra xəlifə Ebu Cəfər nüfuzu daha da artan Ebu Müslimdən daha çox narahat olmağa başladı. Onun Horasana gedib üsyan etməsindən narahat olan xəlifə Ebu Cafər əl-Mansur Ebu Müslimə Dəməşqdə qalmasını və əldə olunan xəzinənin mərkəzə göndərilməsini əmr etdi. Lakin, Ebu Müslim xəlifənin əmrin dinləmədi. Bunu görən xəlifə ona heyət göndərdi və aldadaraq saraya gətirdi. Sarayda xəlifə Ebu Müslimi öldürtdü.

Ədalətli, comərd, ağıllı, imanlı bir müsəlman olduğu iddia olunan Ebu Müslimin özünün nə zərdüşlük-məzdəkçiliklə, nə batiniliklə bir əlaqəsinin olmadığı onun həyat və fəaliyyətindən, onun haqqında yazılanlardan görsənməkdədir. Onun ədalətli və dürüst olması, tamahgir olmaması, hər zaman kasıb bir həyat sürməsi xalq arasında ona olan sevgini daim artırmışdır. Onu tək müsəlmanlar deyil müsəlman olmayanlarda (zərdüş-məzdəkçilər, şiəliyin batini qolları) sevir, ona hörmət göstərirdilər. Ona görədə Ebu Müslim öldükdən sonra onun həyatı kimi ölümüdə zərdüş-məzdəkçilər tərəfindən əfsanələşdirildi.

Ebu Müslimin qızı Fatimənin övladları və ya onun tərəfdarlarından ibarət firqə onun ölümünü qəlub etməyib, qeybə çəkildiyinə inandılar. Beləliklə məzdəkçiliyin Fatimilər adlı yeni qolu yarandı. Ebu Müslimin ölmədiyini Mehti olaraq geri dönəcəyini iddia edən və Ebu Müslimi Peyğəmbər s.a.s. üstün tutan, İslam qaydalarını təhrif olunmuş şəkildə içinə qatan digər bir məzdəkçilik qolu isə Mukannaiyyə oldu. Bu qolun yaranması Haşim el-Mukanna adlı bir məcusi ilə bağlıdır. Ebu Müslimin ruhunun bir göyərçinə keçdiyinə inan və göyərçinin ona görədə ovlanmasını qadağan edən digər bir Sinbadiyyə adlı məzdəkçilik qolu Ebu Müslimin döyüşçülərindən biri olan Sinbad el-Mecusi adlı məcusi tərəfindən qurulmuşdur. Bunlardan başqa Ebu Müslimi peyğəmbər (elçi), tanrı, hülul edən tanrının bədəni və digər bu kimi məzdəkçilik düşüncəsini təməl alan və içində İslamın təhrif olunmuş qaydaları və ibadətlərinidə içərən Rizamiyye, Ebu Müslimiyye, Berkükıyye, Ravendiyye, Hürrəmilik kimi qollarda bu şəkildə ortaya çıxmışdır. Hürrəmiliyin ortaya çıxışı haqqında digər bir görüşə görə Məzdək öldükdən sonra onun sadık eşi Hürrem Bint-i Kade onun düşüncələrini yaymış və hürrəmilik qolu bu şəkildə ortaya çıxmışdır. Daha sonra hürrəmilik tarixi proses nəticəsində İslam qaydalarını təhrif edərək içinə qatmışdır.

Etiqadları.

Zərdüşlük-məzdəkçilik inancının qollarından biri olan hürrəmiliyi digər qollardan fərqləndirən əsas cəhət Ebu Müslimin ölümünü qəbul etməkdir. Hürrəmilər Ebu Müslimin ölümünü qəbul edərək onun ruhunun digər bir bədəndə yaşamasına inanırdılar. Hürrəmilər namazın təhrif olunmuş şəklini içlərində barındırsalarda məzdəkçiliyin digər bütün ilkələrinidə qəbul edirdilər. Onalara görə dünyada bütün həyat işıqla qaranlığın daimi mübarizəsinin nəticəsidir. Yer üzündə hər şey bütün insanlar üçün bərabər yaradılmışdır. İstənilən halda xüsusi mülkiyyət və naməhrəm ola bilməz. Hər şey ümumi olmalıdır. Hətta qadınlar belə ümumi istifadə üçün açıqdır. Ailə qavramını rədd edən hürrəmilər, erkəklə qadının bir yerdə olması üçün nigahada ehtiyac görmürdülər. İçki içən, hər cür cinsi münasibəti mübah sayan hürrəmilər Ebu Müslimi özlərinə imam sayırdılar. İşığın və odun yaradan olduğuna inanan hürrəmilər atəşin-odun-işığın simqəsi kimi qızılı (qırmızı) paltar geyinir, başlarına qızılı örtük bağlayır ya da papaq quyur, qızılı bayraq qaldırırdılar. Buna görə dönəmlərində bunlara hürrəmilər (xürrəmilər) adı ilə yanaşı qızıl başlar da deyilirmiş.

Davamı.

Hürrəmiliyin ən etkin başçısı olmuş Babəkin ölümündən sonra hürrəmilərin içindən çıxan və ayrılan bir neçə qollar oldu. Onun biri Babəkiyyə qoludur. Babəkiyyə qolu Babəki peyğəmbər hesab edir, hər zaman mütləq bir peyğəmbərin olacağına inanır, peyğəmbərliyin irsi olduğunu qəbul edir. Digər bir qolu isə Mazyar adlı bir məcusinin əsasın qoyduğu Mazyariyyə qoludur. Mazariyyə qoluna aid olanlar Babəkin ilah olduğuna etiqat etmələri barədə iddialar vardır. Hürrəmilərin tarixi davamçılarından biridə Qızılbaşlar və daha sonra Səfəvilərdir.

Hürrəmilik (Xürrəmilik)
Zərdüşlük-məzdəkçilikdə, o cümlədən hürrəmilikdə Hörmüz işıq tanrısı.
Hürrəmilik (Xürrəmilik)
Ebu Müslimin adına basılmış sikkə.
Hürrəmilik (Xürrəmilik)
Ebu Müslimin miniatur təsviri (https://islamansiklopedisi.org.tr)
Hürrəmilik (Xürrəmilik)
Zərdüş-məzdəkçilərin İranın Yezd şəhərindəki tapınağı.
Yazar: Şükür Məhişoğlu Oxunma: 208 Bölmə: İnanclar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?