Arama
Hoca Əhməd Yesevi həzrətləri

Adı: Əhməd bin İbrahim bin İlyas Yesevi.

Ünləndiyi adı (taxma adı, ləqəbi): Türküstan piri (Pir-i Türküstan), hz. Türküstan.

Atası: İbrahim şeyx.

Anası: Ayişə hatun.

Soyu: Bilinmir.

Budunu (milliyyəti): Türk.

Dini: İslam.

Doğum tarixi: 11-ci əsrin ikinci yarısı.

Doğum yeri: Yesi şəhəri (bəzi qaynaqlara görə Sayram şəhəri).

Ölüm tarixi: 1166-cı il.

Ölüm yeri: Yesi şəhəri.

İşi: Hocalıq, tasavuff, din bilgini, şair.

Öyrədəni (hocası, müəllimi): Aslan baba.

Görəvi: İslamı öyrətmək, adamları doğru yola çağırmaq, irşada dəvət etmək.

Məqamı: İrşad postunda oturmaq.

Əsərləri: Hikmət divanı (Divan-ı Hikmət) və Fağırnamə.


Haqqında digər bilgi:

Əhməd Yesevi hz. Türk İslam alimidir. Doğum tarixi tam olaraq bəlli deyil, ancaq 11-ci əsrin ikinci yarısında doğulduğu ehtimal edilir. Doğum yeri olaraq da iki fərqli yer qeyd edilməkdədir. Qeyd edilən yerlərdən biri günümüzün Qazaqistan Elinin Sayram qəsəbəsi, digəri isə günümüzdə Qazaqistan Elinin Türküstan bölgəsinin Yesi şəhəri olduğu bilinməkdədir. Doğum yeri haqqında bilgi fərqli olsada yaşadığı yerin Yesi şəhəri olduğu kəsindir. Yesevi soyadıda bu şəhərin adından gəlməkdədir. Bundan başqa hz. Əhməd Yesevi, Türküstan piri (Pir-i Türküstan), hz. Türküstan adları ilə də tanınmışdır.

Əhməd Yesevinin atasının adı şeyx İbrahim, anasının adı isə Ayişə hatundur. Yesevi hz. öncə anasını, yeddi yaşında isə atasını itirmişdir. Bacısı Gövhər Şahnaz ilə Yesi şəhərində yaşamışdır.

İlk təhsilini Aslan Baba adlı bir mübarəkdən almışdır. Aslan baba kiminə görə Yesevi hz. əmisi olmuşdur. Kiminə görə isə qara dərili mübarək bir şəxs olmuşdur. Başqa bir qaynağa görə isə Aslan Baba İmam Rza (r.a.) dərs almış və sonra Yesiyə qayıtmışdır. Rəvayətlərdə isə Aslan Babanın səhabə olduğu, Allahın izni ilə 700 il yaşadığı, Peyğəmbər s.a.s. əmanətini Əhməd Yesevi hz. çatdırmaq üçün Peyğəmbər s.a.s. tərəfindən görəvləndirilmiş bir mübarək olmuşdur.

Aslan Baba haqqa qovuşduqdan sonra Əhməd Yesevi hz. Buharaya getmişdir. Orda dönəmin böyük alimlərindən olan və irşad mövqeyində oturmuş Yusuf əl-Həmədanidən (ölümü 1140(41)-cı il) dərs almışdır. Yusuf əl-Həmədaninin vəfatından sonra irşad postuna önce Abdullah-ı Bərki, onun vəfatından sonra isə şeyh Həsən-i Endaki oturmuşdur. Həsən-i Endakinin 1160-cı ildə vəfatından sonra isə Əhməd Yesevi hz. irşad postuna oturmuşdur. Bir sürə burda qaldıqdan sonra Yusuf əl-Həmədaninin vaxtı ilə vermiş olduğu işarət üzrə təkrar Yesi şəhərinə dönmüş, orda bir təkkə qurmuş və ömrünün sonuna qədər orda yaşamışdır.

Peyğəmbər s.a.s. sünnətinə bağlı olan Əhməd Yesevi hz. 63 yaşına gəldikdə Peyğəmbərimiz s.a.s. 63 yaşında haqqa qovuşduğu və mübarək cisminin torpağın altında qaldığı üçün təkkəsinin içində bir yer altında bir oda hazırladaraq o odaya girmiş və 1166-cı ildə vəfat edənə qədər ordan çıxmayaraq ibadət etmişdir. Görkəmli Türk yabqusu və başbuqu Timur (Teymur) Yesevi hz. qəbirini ziyarət etmiş və üzərində türbə inşa etdirmişdir.

Əhməd Yesevi hz. qaynaqlara görə bir İbrahim adlı oğlu və Gövhər Şahnaz və Gövhər Hoşnaz adlı iki qızı olmuşdur. Oğlu və Gövhər Hoşnaz adlı qızı vəfat etmiş, soyu Gövhər Şahnaz adlı qızı ilə davam etmişdir.

Günümüzdə hz. Yesevinin olduğu sanılan "Divan-ı Hikmət" və "Fağırnamə" adlı əsərlərini bəzi qaynaqlara görə hz. Əhməd Yesevi yazmamış, ondan sonra onun davamçıları Yesevi hz. söhbətlərini tərləmiş və davamçıları tərəfindən qələmə alınmışdır. Odur ki, elmi mənbələr bu əsərlərdə yazılanların tamamının Yesevi hz. olmadığı qənayətindədilər. Belə ki, Yesevi hz. davamçıları mübarəkin söhbətlərini qələmə alan zaman öz düşüncələrinidə bu əsərə daxil edə bilər və ya söhbətləri dəqiq olaraq yazmaya bilərdilər.

Hoca Əhməd Yesevi hz. davamçıları çox olsada hər birinin adları günümüzə gəlib çatmamışdır. Davamçılarından məhşur olanları Mansur Ata, Səid Ata, Sufi Məhəmməd Danışmənd, Süleyman Hakim Ata və digərləridir.

Hoca Əhməd Yesevi həzrətləri
Hoca Əhməd Yesevi hz. türbəsi.
Hoca Əhməd Yesevi həzrətləri
Hoca Əhməd Yesevi hz. türbəsinin açılışı.
Yazar: Şükür Məhişoğlu Oxunma: 1594 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?