Arama
Haiti manqurtları (zombiləri)

Adı: Haiti manqurtları (zombiləri).

Yer: Haiti.

Ortaya çıxışı: Dəyişik bioloji və kimyəvi üsullarla insan üsünün (ağlının, şüurunun) işləmək qabliyyətini dondurmaqla.


Haqqında digər bilgi:

Haiti manqurtları (zombiləri), öldükdən sonra cadügər tərəfindən dirildilmiş adamlara verilmiş addır. Haqqında bilgilərin çoxu nağıl şəkilindədir. Haiti manqurtları ilə ilgili ilk qeydlər 1937-ci ilə dayanmaqdadır.

Afrikanın batısında yayğın olan bir Voodoo adı verilən inanca görə bu inanca mənsub olan ayrıcaqlı və üstün adamlar (sehribaz, cadügər, rahib) ölmüş bir adamı dirildə bilərlər. Bu cür dirilən adam başqa adamlar kimi yeyir, içir, hərəkət edir, yatır. Ancaq düşünə bilmir. Onlara əmir olunan işi yerinə yetirirlər. İstər batı Afrikada, istərsə də Haitidə bu və buna bənzər inancdan qaynaqlanan, keçmişdən günümüzə kimi gələn saysız nağıllar və heykayələr mövcudur.

Belə heykayələrin biri ilə 1937-ci ildə Haiti adətlərini araşdıran Neale Hurstonun qarşılaşmış və heykayəni araşdırmağ üçün çaba göstərmişdir. Hurston, 1907-ci ildə 29 yaşında dünyasını dəyişən və dəfn edilən Felicia Felix-Mentor adlı adamın dirilməsi (xorlaması) və 30 ildən sonra kəndlilər tərəfindən görülməsi haqqında heykayəsini araşdırsada bir nəticə əldə edə bilməmişdir. Kənd camahatı yolda Felicia Felix-Mentoru bir neçə nəfərlə gedərkən gördükləri bilgisindən başqa heç nə demək istəmədilər. Bir nəticə əldə edə bilməyən Hurtson bir məqalədə Avropalılara öz tövsiyyəsini vermişdir: "Elm, qəbilə mərasimlərindəki fiqurları tədqiq etmək əvəzinə, Haitidə və Afrikada var olan Voodoonu tədqiqi ilə məşğul olsaydı tibb elminə mümkünsüz görünənləri mümkün edə biləcək güc qazandırardı.

Haitidəki başqa bir hekayə 1962-ci ilə aiddir. Clairvius Narcisse adlı bir adamın 2 May 1962-ci ildə öldüyü və dəfn olunduğu rəsmən bilinsədə, ancaq o 1980-ci ildə Haitinin L'Estere kəndinə sağ-salamat olaraq qayıdır. Ölmüş və dəfn edilmiş bir adamın kəndə sağ-salamat geri dönməsi marağa və araşdırmaya səbəb olmuşdur. Araşdırmalar zamanı məlum olub ki, Clairvius Narcisse onun payına düşən torpaq sahəsini satmaqdan imtina etdiyi üçün qardaşları tərəfindən bir cadügərə verilib. Cadügər onun yeməyinə qatdığı məhlul ya da toz vasitəsi ilə onu ölüm halına çox yaxın bir duruma salıb. Hər kəs onun öldüyünə əmin olub və onu dəfn ediblər. Gecə tez bir zamanda o torpağın altından çıxardılıb və cadügərin şəkər qamışı plantasiyasında işləməyə aparılıb. Cadugər 1964-cü ildə öldükdən sonra Clairvius Narcisse və digərləri bəlirsiz və məqsədsiz şəkildə 16 il yaşayır. Oun bədənindən ona verilmiş məhlul və ya toxlun təsiri 16 ilə çəkilmiş və o, ilk dəfə bazar yerində bacısına rast gəlmiş, onu tanımış, onunla sağ olaraq kəndə qayıtmışdır.

Adamlaraı manqurda (zombiyə) çevirən maddələri araşdırmaq üçün Kanadalı Vade Davis 1980-ci ildə Haitiyə səfər edir. Vade Davis apardığı araşdırmalara görə yazdığı “İlan və Göyquşağı (1985)” və “Qaranlığın Geçişi: Haitili Zombi Etnobiologiyası (1988)” adlı kitablarda bu maddələri açıqlamağa çalışmışdır. Davisə görə bu maddələr quru qurbağasının qorxduğu zaman buraxdığı zəhərlə (içində olan önəmi maddələr: biogen aminlər, bufogenin və bufotoksin) Yaponların fuqo adlandırdığı kirpi balığının zəhərinin (içində olan önəmli maddə: tetrodotoksin) qarışığıdır. İkinci bu işi görən maddə isə datura (Brugmanisa candida) adlanan bitkidən alınan maddədir. Belə bir zəhər qarışığını ya da datura bitgisindən alınan maddəni adama verdikdə adam ölmür, ancaq ölmüş hala ən yaxın durumda olur. Davis iddiasın isbat etmək üçün Yaponiyada kirpi balığını yeyən və ölmüş kimi duruma düşən insanların olduğunu örnək göstərmişdi.

Ancaq psixoloq Terence Hinesə görə isə bu maddilirın bu tip davranışa səbəb olduğu iddiası elmi dünyada qəbul edilməmişdir. O, həmçinin Davisin yazılarını və açıqlamalarını sadəlövhlük adlandırmışdır.

Haiti manqurtları (zombiləri)
Yazıda haqqında bəhs edilən Clairvius Narcisseyə aid şəkillər.
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?