Arama
Geodeziya

Geodeizya Yer planeti bütövlükdə və onun ayrı-ayrı hissələrini həndəsi nöqteyi nəzərdən öyrənən elmdir. Geodeziya yunan sözü olub yer bölmək və ya hissələrə ayırmaq mənası verir. Müasir geodeaziya elmi aşağıdakı sərbəst fənlərə bölünür:

1. Ali geodeziya - dövlət geodeziya istinad məntəqələri şəbəkəsi qurmanın, Yerin formasını və ölçülərini təyin etmənin, Yer qabığının üfüqi və şaquli istiqamətdə hərəkətinin üsul və metodikasını öyrənir.

2. Topoqrafiya və ya geodeziya -plan və xəritə tərtib etmək üçün yerin fiziki səthini və onun üzərindəki obyektləri həndəsi cəhətdən öyrənir. Topoqrafiya yunan sözü olub "məhəlli təslim etmək" mənasını ifadə edir. Topoqrafiyanın əsas tədqiqiat üsulu planlamadır. Plan və xəritə tərtib etmək üçün yer üzərində aparılan kompleks geodeziya ölçü işlərinə planlama deyilir. Planlama işləri birbaşa ərazidə və laboratoriyada yerinə yetirilir. Ərazidə görülən işlərə çöl işləri, laboratoriyada görülən işlərə isə kameral işlər deyilir. Hazırda topoqrafiya kiçik ərazilərdə aparılan planlama işləri ilə məşğul olur.

3. Mühəndis geodeziyası - təbii ehtiyatların mənimsəilməsi, mülki, sənaye, hərbi və hidrotexniki obyektlərin, eləcə də yer quruluşu və meliorasiya işlərinin layihələndirilməsi, bir çox mühəndis axtarışları və mürəkkəb konstruksiyaların quraşdırılması zamanı yerinə yetirilən geodeziya işlərinin üsul və metodlarından bəhs edir.

4. Kosmik geodeziya - radiodalğalar və işıq şüaları vasitəsilə süni peyklərin verdiyi məlumatlara əsasən yerin formasını, ölçülərini və yer üzərində nöqtələrin koordinatlarını təyin edən elmə deyilir.

5. Kartoqrafiya - coğrafi xəritələr və digər kartoqrafik materiallar, onların xüsusiyyətləri, hazırlanması və istifadə üsulları haqqında elmdir. Müasir kartoqrafiya xəritəşünaslıq, riyaziyi kartoqrafiya, xəritlərin tərtibi və redaktə edilməsi, xəriələrin qrafiki düzəldilməsi, xəritələrin nəşri və kartometriyası kimi bir neçə fənnə və ya şöbəyə ayrılır.

Yazar: Əli Məmmədov Oxunma: 677 Bölmə: Coğrafiya
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?