Arama
Fuad Bartalameo

Böyük coğrafi kəşflər dövrü Dərsliklərədə X.Kolumb və F.Magellanın adları ilə bağlı olsa da, bu bir həqiqətdir ki, həmin dövrdə uzaq dəniz səyahətlərinin elmi və texniki bazasını böyük təkid və həvəslə hazırlayan Portuqaliya şahzadəsi Henrix Dənizçi (1395-1460) olmuşdur. Dənizçi ləqəbi Henrixə XIX əsrdə verilmişdir. Bu adı almasına baxmayaraq, çoxlu ekspedisiyalar təşkil etsə də, onun ozü heç bir dəniz səyahətinə çıxmamışdır.

O, hələ gənc ikən 1415-ci ildə Şimali Afrika limanı olan Suyetanın Portuqaliya tərəfindən alınmasında iştirak etmişdir. Hələ orada olarkən öyrənir ki, bu şəhərdən cənuba - Böyük səhranı kəsib keçən və qızılla zəngin olan ölkələrə karvan yolu uzanır. Odur ki, Henrix Dənizçi Afrikanın qərb sahili boyu gəmilər göndərib bu zəngin ölkələrə çatmağa can atırdı. O, bütün ömrünü belə məqsədlərin həyata keçirilməsinə həsr etmişdir. Henrix Avropanın ən qərb burnu olan San-Visentedə rəsədxana, kosmoqrafiya və dənizçilik məktəbləri təşkil edir və Avropanın hər yerindən buraya ən yaxşı kartoqrafları, astronomları, naviqasiya cihazlarından başı çıxan mutəxəssisləri dəvət edir. Səyahətlər zamanı səmt küləkləri, dəniz axınları, burunlar və adalar haqqında toplanan ən yeni məlumatlar burada qeydiyyata alınırdı. Hindistana dəniz yolu axtarmaq üçün Henrix məktəbi tərəfindən ilbəil Afrikanın sahilləri boyuna Portuqaliya gəmiləri gondərilirdi.

Okean qarşısında qorxu hissi insanlarda hələ böyük idi və hətta bəzən heç nə ilə nəzərə çarpmayan adi bir burun keçilməz maneəyə çevrilirdi. Henrix Dənizci adamları məcbur edirdi ki, bu qorxunu aradan qaldırsınlar, o əsl dənizçilər tərbiyə edirdi. Elə Afrikanın cənub ucqarındakı Umid burnunu kecməyin qorxu xofunu məhz onun yetişdirdiyi dənizcilər aradan qaldırdılar. Hindistana dəniz yolunun tapılmasında isə əsas rolu Diaş Bartolomeu oynamışdır. Diaş Bartolomeu ilk dəfə 1487-1488-ci illərdə Afrikanın cənub ucqarlarından keçərək indiyə qədər qapalı hesab olunan Hind okeanına çıxır. Lakin güclü fırtınalar onun gəmilərini əldən elə salır ki, o, həmən burnu Fırtına burnu adlandırır. Amma indi biz coğrafiya xəritələrində bu ada rast gəlmirik, ona görə ki, Portuqaliya Kralı II Juan Fırtına burnunu ümüd burnu adlandırmağı əmr edir. Çünki Diaşın kəşfi portuqaliyalılara zəngin Hindistana dəniz yolu ilə gedib çıxmaq ümidini verirdi və doğrudan da bundan on il sonra Vasko da Qamanın səyahəti bu umidi doğrultdu.

Yazar: Münasib Həmidli Oxunma: 443 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?