Arama
Freonlar (soyuducular)

Adı: Freonlar.

Kimyəvi birləşmə bağlantısı: Flüorlu doymuş karbohidrogenlər.

Növləri: Diflüordixlormetan CF2 Cl2, flüortrixlormetan CF Cl3 və diflüorxlormetan CHF2 Cl.

Fiziki özəlliyi: Alışmayan, partlayıcı, rəngsiz, iysiz qaz və maye.

Sənaye əhəmiyyəti: Soyuducularda, kondisionerlərdə, lakların, rəng-boyaların, müxtəlif insektisidlərin aerozol qablamalarında, kosmetikada, ərzaq məhsuları, dərman maddələri və alovsöndürən qarışıqların hazırlanmasında istifadə edilir..

Zərəri: Ozon qatını dağıdır.


Haqqında digər bilgi:

Freonlar (soyuducular), flüorlu doymuş karbohidrogenlərdir. Tərkibində xlor və bəzən də brom olur. Ən geniş yayılanları diflüordixlormetan CF2 Cl2, flüortrixlormetan CF Cl3 və diflüorxlormetan CHF2 Cl. Alışmayan, partlayıcı, rəngsiz, iysiz qaz və mayelərdir.

Suda pis, üzvi həlledicilərdə yaxşı həll olur, turşu və oksidləşdiricilərə qarşı davamlıdır. Freonlardan sənayenin bir çox sahələrində istifadə olunur. Soyuducularda, kondisionerlərdə, lakların, rəng-boyaların, müxtəlif insektisidlərin və s. aerozol qablamalarında məhz Freonlardan istifadə edilir. Freonlar yuyucu olduqlarından kosmetikada, ərzaq məhsuları, dərman maddələri,boya və alovsöndürən qarışıqların hazırlanmasında istifadə edilir. Freonlar az zəhərli maddələrdir, inert (təsirsiz) birləşmələrə aid olduğuna görə flora-fauna üçün zərərsiz sayılır və insan orqanizminə ziyan gətirmir. Lakin xarici mühitin yer səthinə yaxın sahəsində kənar təsirlərə qarşı davamlı və uzunömürlü olduqları üçün gec-tez hava cərəyanı ilə atmosferdə toplanır. Beləliklə, yer səthində bir çox təsirlərə məruz qalan xlor-flor üzvi birləşmələr atmosferin ozonla zəngin qatında ultrabənövşəyi şüalara qarşı tab gətirməyərək asanlıqla parçalanır. Stratosferdə sərbəstləşən bir xlor molekulu on min ozon molekulunu tam məhv edir. Başqa maddələrə nisbətən freonlar ozonu 450-600 dəfə çox dağıdır.

Beynəlxalq cəmiyətlərin razılaşdırılmış gücü ilə 1990-cı illərdən sonra Freonların istehsalı 2 dəfədən çox azalmışdır. Soyuducu texnika istehsalçıları freonların ozon üçün zərərsiz maddələrlə əvəz olunmasına başlamışlar.

Q. Ş. Məmmədov, M.Y. Xəlilov. Ekoloji lüğət, Bakı-2008.

Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?