Arama
Finikiya

Adı: Finikiya.

Başkəndi: təxminən Tir, Biblos və ya Sur şəhərləri.

Rəsmi dili: təxminən Semit dili.

Millət tərkibi: bilinmir.


Sərhəd ölkələr: Bilinmir.

Ərazisi: Bilinmir.

Əhalisi: Bilinmir.


Qurulma tarixi: təxminən 2-ci minilliyin (1500-1200-cü illər) sonu.

Qurulma tarixi: təxminən 1-ci minilliyin (300-500-cü illər) əvvəlləri.


İdarəolunması: şəhər dövlətləri birliyi.


Haqqında digər bilgi:

Finikiya bəzi fərziyyələrə görə günümüzün Livan dövləti ərazisində mövcud olmuş, qismən günümüz Suriya və Fələstin ərazilərinə doğru genişlənmiş olan, başqa bir fərziyyəyə görə Aralıq dənizinin doğu və bütün güney sahillərində mövcud olmuş əfsanələşmiş dövlətdir. Finikiya adlı bir dövlətin mövcud olub olmaması tarışmaya açıq bir iddiadır. Adının mənası toxuduqları çəhrayı (tünd çəhrayı ya da açıq qırmızı) rəngli parçaladan gəldiyi qeyd olunur. Beləki, çəhrayı rəngdə parçaları yunanlara satdıqdan sonra yunanlar onlara, anlamı çəhrayıların ölkəsi olan Phoiníkē (Finikiya) adını vermişlər.

Tarixi:

Finikiya dövlətinin nə zaman qurulması haqqında heç bir bilgi yoxdur. Yalnız iddiaya görə m.ö 2-ci minilliyin sonlarından 1-ci minilliyin əvvəllərinə (m.ö. 300-cü il) ya da ortalarına (m. ö. 500-cü il) qədər Aralıq dənizində əsas aparıcı güc olublar. Bu tarixdən etibarən dağıldığı fərz olunur. Tarixlərinə aid digər bir fərziyyə m. ö. 10-9-cu əsrlərdə (1000-900-cü illərdə) əlifba tərtib etmələridir. İddiaya görə yunanlar öz əlifbalarını bu əlifbanın əsasında hazırlayıblar.

Şəhərləri və dövlət qurluğu:

Bir fərziyyə görə 10, başqa bir iddiaya görə 10-dan çox (69-70)şəhəri olub. Əsas şəhərləri Tir, Biblos, Sur, Sidon, Palmira olmuşdur. Tir şəhəri başkənd olmaqla bərabər tikilmiş süni adada qurulmuşdur. Başqa bir qaynaqda isə başkəntləri Biblos (m. ö. 1200-1000-cü illər) və Sur (m. ö. 1000-333-cü illər) şəhərləri olmuşdur. İddiaya görə Finikiyanın dövlət qurluşu şəhər dövlətlərinin birliyi şəkilində olmuşdur. Hər şəhərin öz şahı olmuş və bu şahlar ümumi bir şaha tabe olmuşlar. Şəhər məclislərində varlı təbəqənin nümayəndələri cəmləşmiş və bu məclislər şahın səlahiyyətləri məhdudlaşdıra bilirmişlər. Quldarlıq qurluşunun mövcud olduğu Finikiyada iddiyaya görə kənd əhalisi ilə şəhər əhalisi kəskin surətdə bir-birlərində ayrılırmış. Finikiyanın iddiaya görə bilinən şahları Ahiram (m. ö. 1000-ci il), I Hiram (m. ö. 969-936-cı illər), Surlu Pygmalion (m. ö. 820-774-cü illər) olmuşlar.

Məşğuliyyəti və iqtisadiyyatı:

Fərziyyəyə və heykayələrə görə əsas məşğuliyyətləri ticarət etmək, dəniz quldurluğu etmək və əkinçilik olmuşdur. Çəhrayı (tünd cəhrayı ya da qırmızı) qumaş ticarətlərinin əsasın təşkil edirmiş. İddiaya görə xurma, zeytun və digər məhsullar məhsulları istehsal edirmişlər. Digər bir məşğuliyyətləridə balıqçılıq olmuşdur.

İnancları və mədəniyyətləri:

Finikiya əhalisi çox tanrılı bir inanca sahib olublar. Hər hansı sahəyə baxan bir tanrının olmasından əlavə olaraq hər şəhərində qoruyucu bir tanrsı varmış. Finikiyalılar quldarlıq və oturaq şəhərləşmə mədəniyyətinə mənsub idilər. Qul satmaq, insana onun mənsub olduğu imtiyaza görə dəyər vermək Finikiya mədəniyyətinin əsasın təşkil edirdi.

Finikiya
Finikiya dövlətinin ərazisinin bir hissəsini göstərən rəsim-xəritə.
Yazar: Şükür Məhişoğlu Oxunma: 861 Bölmə: Topluluqlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?