Arama
Fəxri Xiyaban

Fəxri Xiyaban və ya Birinci Fəxri Xiyaban - Bakı şəhərində Azərbaycan xalqına xidmətdə xüsusi fədakarlıq göstərmiş insanların bir qisminin dəfn olunduğu kütləvi məzarlıq. Fəxri Xiyaban Azərbaycan SSRİ Nazirlər Sovetinin 27 avqust 1948-ci il sərəncamı ilə yaradılıb. Hazırda Bakıda I, II və III Fəxri Xiyaban mövcuddur.

Nazirlər Sovetinin sərəncamına əsasən 1948-49-cu illərdə Çəmbərəkənd və şəhər qəbiristanlığında dəfn olunmuş bir neçə mərhumun nəşi Fəxri Xiyabanda yenidən torpağa tapşırılmışdır. 1948-ci ildə Fəxri Xiyabanın ilk sakinləri arasında Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy Haqverdiyev, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Hüseyn Ərəblinski, Süleyman Sani Axundov, Cabbar Qaryağdı, Rüstəm Mustafayev, Əzim Əzimzadə, Hüseynqulu Sarabski. Mir Cəfər Bağırovun vaxtında ilk dəfə birbaşa çiyinlərdə Fəxri Xiyabana gətirilən 1948-ci il noyabrın 23-də Üzeyir Hacıbəyov olmuşdur.

Azərbaycan SSR hökumətinin 1948-ci il 27 avqust tarixli sərəncamında göstərildiyi kimi, Fəxri xiyabının salınması xərcləri neft hasilatından əldə olunmuş gəlir hesabına, başqa sözlə, Neft Fondu hesabına həyata keçirilmişdi.

Hazırda Bakıda Birinci, İkinci və Üçüncü Fəxri Xiyaban mövcuddur.

Fəxri Xiyaban
Azərbaycan Respublikasının 3-cü prezidenti, Heydər Əlirza oğlu Əliyev
Fəxri Xiyaban
Azərbaycan Respublikasının 2-cü prezidenti, Əbülfəz Qədirqulu oğlu Əliyev
Yazar: Rüstəm Abbasov Oxunma: 145 Bölmə: Yerlər və bölgələr
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?