Arama
Faza (maddə)

Adı: Faza (maddədə).


Haqqında digər bilgi:

Faza (maddədə), termodinamikada – maddənin termodinamik tarazlıq halı. Fiziki xassələrinə görə həmin maddənin digər mümkün tarazlıq hallarından (digər fazalardan) fərqlənir. Bəzən maddənin tarazlıqda olmayan metastabil halı da faza adlandırılır (meta stabil faza). Maddənin bir fazadan digər fazaya keçməsi – faza keçidi maddənin xassələrinin keyfiyyətcə dəyişməsinə səbəb olur. Örnəyin, maddənin qaz, maye və kristallik halları (fazaları) quruluş elementlərinin (atom, molekul) hərəkət xarakteri və onlarda nizamlılığın olub-olmaması (nizamlılıq dərəcəsi) ilə təyin olunur (bax Aqreqat hal). Müxtəlif kristallik faza bir-birindən kristallik strukturun tipinə, elektrikkeçiriciliyinə, elektrik və maqnit xassələrinə, ifratkeçiriciliyin mövcud olub-olmamasına və s. görə fərqlənir. Maye faza bir-birindən komponentlərin konsentrasiyası, ifrataxıcılığın mövcud olub-olmaması, elastik və elektrik xassələrin anizotropiyası (maye kristallarda) və s. görə fərqlənir. Bərk məhlullarda kristallik quruluşun fazası digər fazalardan sıxlığına, elastiklik moduluna, ərimə tempruna və digər xassələrinə görə fərqlənir. Əksər hallarda faza bəzi istisnalarla məkanca bircins olur. Örnəyin, 2-ci növ ifratkeçiricilərin qarışıq halı, zəif maqnit sahələrində ferromaqnetiklər və b.

Qaynaq: http://ensiklopediya.gov.az

Yazar: Şükür Məhişoğlu Oxunma: 242 Bölmə: Fizika
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?