Göbəklitəpə, Şanlıurfadan 25 dəqiqəlik məsafədə, Örəncik kəndi yaxınlığında yerləşən, m. ö. 9-cü min illiyə aid olan kurqandır (höyükdür). Mahmud Qılıc adlı bir köylü tarlasını sürərkən tapdığı oymalı daşı muzeyə götürmüş və bundan sonra bu ərazidə qazıntı işlərinə qərar verilmişdir.