Azərbaycan Respublikasının müasir relyefinin başlıca elementləri və geomorfoloji quruluşunun əsas xüsusiyyətləri ən yeni tektonik mərhələdə (Oliqosen-Antropogen) yaranmış və mürəkkəb inkişaf yolu keçmişdir. Həmin mərhələdə dağlıq sahələr 2,5-4,5 km (denudasiya kəsiminin qalınlığı nəzərə alınmadan) qalxmış, düzənlik sahələr isə 2,5-3 km-dən 8-11,5 km-ə qədər çökmüşdür.