Arama
Ergənəkon (bayram)

Türk bodunu hər zaman indiki təqvimlə mart ayının 20-22-si də öz bayramlarını qeyd etmişlər. Bu Türk bayramın adı Ergənəkon bayramıdır. Ergənəkon bayramının yaranması Oquz kakan dönəmindən daha qədim dövürə gedib çıxsada bu bayramın inkişafı Oquz kakan dönəmi ilə bağlıdır. Ergənəkon adı ergənə/erkənə/erkən və kun/kon/gün yəni günümüzün Türkçəsi ilə desək erkən və gün sözlərinin birləşməsindən yaranmışdır. Erkən gün/ilk gün/başlanğıc gün/bu gündən başlayan anlamını verməkdədir.

Türklər bu bayramın adını ilk gün qoymasıda təsadüf deyildi. Türklər üçün boz ayın bitməsi və yazın ilk (martın 20-22-ci arası) günü yeni ilin başlanğıcı idi (Türklər təqvimini 60-lıq say sisteminə görə qurmuşlar). Türklər yeni bir işə başladıqlarında gənəl olaraq yazı seçirdilər. Qış kıfayət qədər sərt olduğu üçün qışda bir işə başlamaq sadəcə mümkünsüz idi. Digər tərəfdən də heyvançılıqla məşğul olan bir budun olaraq yazın gəlişi onları sevindirirdi. Özlərinin və heyvanlarının qışdan sağ çıxması, artıq heyvanları və özləri üçün yeyəcək qayğısının aradan qalxması yazın gəlişi ilə tamamlanırdı. Türklər qışı isti, mülayim keçən iqlimdə deyil qışın sərt keçdiyi Ötükən dağlarında, yamaclarında və bozkırlarında yaşayırdılar. Hətta bu o qədər sərt iqlim idi ki, təxminən 4-cü əsrdə qış fəslində Türklərin yarısı qışdan çıxa bilməyib həlak olmuşlar. Belə bir iqlim şəraitini göz önündə tutaraq yaz gələndə nədən Türklərin sevindiyini anlamamaq mümkün deyil.

Türklər yazın gəlişini gözləyərək işə başlamaları dastanlarımızada yansımaqdadır. Ergənəkon adı verilən dastanda da Türklər çevrəsi sıldırımlı qayalı dağlarla əhatələnmiş bir yerdən çıxmaq üçün yazın gəlişini gözləmələri təsvir edilməkdədir. Dastana görə Türklər böyük bir yenilgiyə uğramışlar. Az bir qismi sağ qalmış və sağ qalanlar dar keçidləri olan bilinməyən bir dağlarla kapsanmış yerdə məskunlaşmışlar. Uzun zamandan sonra yeni nəsil yetişsə də vətənlərinin tamamını işğaldan azad etməyi heç bir zaman unutmamışlar. Həmin yerdən çıxmaq üçün bir yol axtardıqları zaman bir qurt (bəzi mənbələrdə keyik) görmüşlər. Bu qurdu izləyərək bir keçid tapsalarda burdan insan keçə bilməzmiş. Bundan sonra dəmirçi bir Türk, dağın dəmirdən olduğunu təsbit etmişdir. Ocaq qalamış, körük basmış və dəmir dağı əridərək ordan insan və atın keçdiyi böyüklükdə yolaçmışdır. Bundan sonra Türklər həmin ayın həmin gününü gözləmişlər. Hən ayın həmin günü gəldikdə (yəni yazın birinci günündə) ordan çıxmağa başlamışlar. Türklərin dəmir dağı əridərək yerləşdikləri yerdən çıxmaq işinində yazda yerinə gətirmiş olmaları qayət təbii idi. Çünki, zatən o qədər sərt keçən qış aylarında belə bir işi görmək mümkünzüzdü.

Türklər hər zaman yazın gəlişini qeyd etmişlər. Yeni ilin başlaması ilə əlaqədar olaraq obalarda otaqlar (alaçıqlar) tökülüb yığışdırılır, təmizlik işləri aparılır, güləş yarışları, at yarışları, ox atma yarışları keçirilir və digər tədbirlər görülürmüş. Dəmir dağıəridərək ordan çıxdıqdan sonra isə yaz gəlməsinin qeyd olunmasına daha bir hərəkətəlavə edilmişdir. Həmən gün ocaq qalayıb, dəmir dağı əritməyin ifadəsi kimi bir dəmiri ocaqda qızarana qədər saxlayıb sonra əvvəl kaqan, kan daha sonra o biri bəylər çəkiclə döyəcləyirmişlər.

Ergənəkon bayramda tonqal qalayıb üstündən tullanmaq, qapı busmaq, papaq atmaq, kosa-keçəl təlxəkliyi etmək və digər bu kimi fars mənşəli atəşpərəs adətlər icra edilmir və bu cür fars mənşəli adətlər yoxdur. Bütün bu fars mənşəli atəşpərəs adətlər ilk öncələr fars kökənli toplumlar tərəfindən günümüzün təqvimi ilə sentyabr ayında qeyd etdikləri mehriqan bayramında icra olunsada, sonradan Türk bəylərinin biganəliyi nəticəsində bu fars mənşəli adətlər Türk bayramı olan ergənəkon bayramına zaman-zaman əlavə edilmiş və ergənəkon adı da fars sözü olan novruz sözü ilə əvəzlənmişdir.

Ergənəkon (bayram)
Türk gələni ilə keçirilən sayın R. T. Erdoğanın iştirakı ilə ergenekon bayramı.
Ergənəkon (bayram)
Türk gələni ilə keçirilən sayın D. Bahçelinin iştirakı ilə ergenekon bayramı.
Ergənəkon (bayram)
Bayramınız kutlu olsun.
Ergənəkon (bayram)
Bayramınız kutlu olsun.
Yazar: Şükür Məhişoğlu Oxunma: 769 Bölmə: Alışqanlıqlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?