Arama
Eratosfen

Coğrafiya sözünü ilk dəfə işlədən qədim yunan riyaziyyatçısı, filosofu, astronomu və coğrafiyaşünası Erotosfen olmuşdur. İlk coğrafiya kitabını da O yazmışdır. Sonralar coğrafiya elmində bu kitab "yeri təsvir edirəm" mənasını verən adla tanınmışdır. Eratosfen həmçinin ilk dünya xəritəsinin müəllifidir. Onun tərtib etdiyi xəritədə Avropa, Ön Asiya və Şimali Afrika quru parçaları, Aralıq dənizi, Atlantik okeanı, Qırmızı dəniz, Şərq və Şimal okeanları təsvir olunmuşdur. Eratosfen Yerin ölçülərini də hesablamışdır. Onun aldığı nəticələr müasir ölçülərə çox yaxındır.

Yazar: Münasib Həmidli Oxunma: 1213 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?