Arama
Ən qədim batareya və ya Bağdat batareyası

Adı: Ən qədim batareya və ya Bağdat batareyası.

Tarixi: M. ö. 100-70-ci illər.

Yeri: Bağdat şəhəri yaxınlığı.

Ölçüsü: h=13 sm.


Haqqında digər bilgi:

Ən qədim batareya, 1938-ci ildə Alman arxeoloqu Vilhelm Koniq (Wilhelm Konig) tərəfindən İraqın başkəndi Bağdat şəhəri yaxınlığında arxeoloji qazıntılar zamanı tapılmış batareyadır. Bu batareya bəzən Bağdat batareyası adlanır.

Ən qədim batareya, hündürlüyü 13 sm olan küp şəkilli torpaq qabın içinə yerləşdirilmiş mis silindir, onun ətrafında olan dəmir çubuq və küpün ağzını bağlamaq üçün istifadə olunan asfaltdan (bitiumdan) ibarətdir.

Dünyada hələki ən qədim batareya ünvanına sahib olan bu batareya 2 volt gərginliyində enerji verə bilmə özəlliyinədə malikdir. Bağdat batareyası nədən hazırlandı və nə üçün istifadə edilirmiş deyə bir tam düşüncə yoxdur.

Qeyd edək ki, bu batareya tapılana qədər dünyada ilk batareyanın kəşf edən, 19-cu əsirdə batareya hazırlamış italiyyan icadçısı Alessandro Volta hesab olunurdu.

Ən qədim batareya və ya Bağdat batareyası
Ən qədim batareya və ya Bağdat batareyasının bənzərinin və en kəsiyinin şəkili.
Yazar: Şükür Məhişoğlu Oxunma: 364 Bölmə: Texnologiyalar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?