Arama
Elektormaqnit topu

Elektomaqnit toplarının ilkin hazırlanması Birinci Dünya müharibəsinin vaxtlarına təsadüf etsə də 100 il keçnəsinə baxmayaraq bu silahın təkmilləşməsi hələ də davam edir.

Elektomaqnit toplarının atışında təcil, Lorensin elektromaqnit qüvvəsinin top atış sisteminə tətbiqinin nəticəsinə əsaslanır. Bu qüvvə, bir birinə paralel iki relsə (biri müsbət biri mənfi olmaqla) qısa və güclü cərəyan verilməklə əldə edilir. Bu iki rels arasına qısaqapanma üçün içərisinə mərmi yerləşdirilmiş bağlantı parçası və ya mərminin özü yerləşdirilir. Mərmi topdan Lorens qüvvələri istiqamətində atılır və o lülədən hipersəs sürəti ilə çıxır. Mərminin sürətlənməsinə eyni zamanda güclü yayın boşalması nəticəsində əmələ gələn plazma da təsir edir. Əmələ gələn plazma özünə məxsus güclü reaktiv axım 50-100 km/saat sürət ilə mərmiyə təsir edir. Mərminin sürətlənməsi ilkin olaraq 32-124 MC eneji vasitəsi ilə 2000-3000 km/san sürət verilməklə 80-160 –dan 400-440 km atış məsafəsi əldə etmək olur.

Mərmi özü əriməyə davamlı volframdan hazırlanır. Bu metalın yüksək sıxlığı, daşınmasında və yerləşdirilməsində problem yaşadan mərmiləri az qabaritli etməyə imkan verir.

Relslərə yüksək sürtünmə nəticəsində əmələ gələn aşınma ilə bərabər digər səbəblər də var ki, elektromaqnit topunu super silaha çevrilməsinə əngəl olur. Hər şeydən əvvəl bu qida mənbəyidir. Elektromaqnit topu çox güclü unipolyar generatorlar, kompulsatorlar, meqavat kondensator-ionistorlar kimi elektrik mənbələrinə ehtiyyac var. Bu qurğular relsə veriləcək çox güclü və qısa elektrik impulsunu relslərə ötürür. Laboratoriya şəraitində qurğunun ölçüsü və cihaz bloklarının ölçüsü ilə barışmaq olarsa da ancaq real tətbiqdə belə ölçülər qəbul edilməzdir. Daşına bilən hala ilk dəfə olaraq iki yük maşınına, birinə topun özünü digərinə isə qida blokunu yerləşdirməklə amerika istehsalı Blitzer topunda həyata keçiriblər.

Təbii sınaqlar nəticəsində topun dəqiqədə 6-10 atəş üçün tez toldurulması ehtiyyacı ortalığa çıxdı. Bu da daha gec aşınan rels materialları, daha tez doldurula bilən və daha az enerjidə işləmə prinsipləri üzərində çalışmağa vadar edir.

Dünyada elektromaqnit topu üzərində hal-hazırda Türkiyə (Aselsan), ABŞ, Çin, Rusiya, Yaponiya, Almaniya-Fransa çalışmalar aparır.

Yazar: Əli Məmmədov Oxunma: 527 Bölmə: Texnologiyalar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?