Arama
Əl-Biruni

Əbu Reyhan Biruni 973-cü ildə Xarəzmdə anadan olmuşdur.Astronomiya, riyaziyyat, tarix, coğrafiya sahəsində bəşəriyyətin yetişdirdiyi ən böyük alim idi. Təhsilini Əbu Nəsrdən alır. Əbu Nəsr Əbul Vəfanın tələbəsi olur. Əbul-Vəfa böyük riyaziyyatçı, astronom idi. Tanges, sinus, yəni triqonometriyanın babalarından hesab olunur.

Əbu Nəsr və Əbul-Vəfa birlikdə Sinuslar teoreminin əsasını qoymuşdur. Teoremin son nöqtəsini isə N.Tusi qoymuşdur. Biruni hələ 17 yaşında özünün ilk astronomik müşahidəsini etmişdir. Biruni və Əbul-Vəfa birlikdə astronomik müşahidə aparmışdır. Onlar ay tutulmasından istifadə edərək qərara gəlmişdilər ki, Biruni Ürkəncdə, Əbul-Vəfa isə Bağdadda ay tutulmasını müşahidə etsinlər. Müşahidənin nəticəsində bu iki şəhər arasında coğrafi koordinat, saat fərqini hesablamaq mümkün oldu. Bu günki astronomiya həmin nəticələri təsdiq edir. Biruni xarəzm, fars, ərəb, yunan, ibrani dillərini bilir və bu dillərdə kitablar oxuyurdu. Ümumi olaraq 146 əsər yazmışdır. Təəssüflər olsun ki, əsərlərinin sadəcə 22-si günümüzə gəlib çatmışdır. Ən məşhur 4 əsəri haqqında qısa məlumat verək: 1) Ən məşhur əsəri Nihâyâtü'l-Emâkin (Tahkiku Mali-Hind) qısaca Hindistan əsəridir. Bu əsərdən yola çıxaraq deyilir ki, Hindşünaslığın əsasını Biruni qoymuşdur. Çünki, Biruniyə qədər hətta ondan 500 il sonraya qədər Hindistan haqqında belə sanballı əsər yox idi. Bu kitab ingilis dilinə tərcümə edilmişdir. Kitabda Hindistann tarixi, elmlər, riyaziyyat, kainat haqqında təsəvvürlər, Hindistnda olan dillər, dinlər və onların müqayisəsi, Hindistanın coğrafiyası, adət-ənənələri, təqvimi, Hind poeziyası və.s haqqında geniş məlumat verilmişdir. 2) Əl Kanuni Məsud- əsəri riyaziyyat, astronomiya, təbiət elmlərinə aid fundamental əsərdir. Bu kitabın 1-ci fəsili Kainatın quruluşu, digər fəsili riyaziyyat, 3-cü fəsili isə astronomiya-1029 ulduzun cədvəli bölmələrinə həsr olunmuşdur. 3) Kitabul Cəvahir fi marifəti cevhir bu əsər qiymətli daşlara həsr edilmişdir. O dövürdə məlum olan qiymətli metalların çəkisi, ölçüsü, sıxlığı cədvəl şəkildə kitabda verilmişdir. Hələ də alimlər Biruninin o dövürdə bunları necə dəqiqliklə hesablaya bildiyini anlaya bilməmişlər. 4) Kitabil Saydada 1050-ci ildə tamamlanan bu əsər Biruniyə orta əsr əczaçılığınn atası adını qazandırdı. Kitabın əsas özəlliklərindən biri şəfalı bitkilərin adları xarəzmcə, yunanca, ərəbcə, ibranicə dillərində də verilmiş olmasıdır.

Biruni özünün uzun səyahətləri zamanı İran yaylasını, Xəzər dənizinin şərq və cənub sahillərindəki ölkələri, Mərkəzi Asiyanın böyük hissəsini öyrənmişdir. Bu səyahətlər zamanı Biruni Türk xalqlarının yaşadıqları ərazilər, onların adət-ənənə və mərasimləri barədə ətraflı məlumatlar əldə etmişdir. Birunin coğrafiya sahəsində gördüyü işlərə qısa şəkildə nəzər salaq: 1) O, özündən əvvəlki coğrafiyaşünaslardan irəli gedərək Hind okeanı ilə Atlantik okeanının Afrikanın cənubunda dar bir boğaz vasitəsilə birləşdirildiyini söyləmişdir. Hal-hazırda bu burun Ümüd burnu adlanır. 2) Nihâyâtü'l-Emâkin, qısa şəkildə Hindistan adlandırılan bu əsərdə Biruni, ilk dəfə olaraq yerin günəş ətrafında hərəkətini və dünyanın hərəkətsiz deyil, dönən bir kütlə olduğunu Kopernikdən 500 il əvvəl söyləmiş və məşhur hind astronomu Brahmaquptanın Yer hərəkətdə, göylər isə sükunətdədir fikrini əsaslandırmışdır. 3) Orta Asiyanın topoqrafiyasına dair əsərində Amudərya çayının bir neçə dəfə öz yatağını dəyişməsi barədəki tədqiqatlar aparmışdır. 4) Azərbaycanın o zaman məlum olan Bakı, Dərbənd, Bərdə, Beyləqan, Bəzz, Təbriz, Ərdəbil kimi qədim və böyük şəhərlərinin enlik və uzunluq dairələrini göstərmişdir. 5) 995-ci ildə Elmi Coğrafi tədqiqatı əsasında Yer kürəsinin modelini hazırladı. Bu müxtəlif şəhərlərin coğrafi koordinatları dəqiq təsvir edilən, diametri 5 m-ə yaxın olan ilk qlobus idi. Təəssüflər olsun ki, dərsliklərdə hələ də İlk qlobusun müəllifi kimi M.Behaymi verirlər. Digər müsəlman alimlərindən fərqli olaraq Avropa Birunini çox tanıya bilmədi,səbəb isə Əndəlüsdə onun əsərləri tərcmə edilməmişdir. Avropa onu sonradan kəşf etdi. Elm tarixinin böyük nəhəngi Sarton XI əsri Dünyanın Biruni dövr adlandırırdı.

Yazar: Münasib Həmidli Oxunma: 1008 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?