Arama
Əbdülhəmid ibn Türk

Cəbir elmının qurucularşndan olan Əbdülhəmid ibn Türk (Türk oğlu Əbdülhəmid, Əbdülhəmid ibn Vasi ibn Türk Əbu Fazl) 9-cu yüz ildə yaşamışdır. Doğum tarixi bəlli olmayan Əbdülhəmid ibn Türkün doğulduğu yer haqqında da qaynaqlarda fərqli yerlər göstərilir. Bəzi qaynaqlara görə Xəzər dənizinin güneyində Gilan şəhərində, bəzi qaynaqlara görə isə Doğu (Çin) Türküstanın batısındakı Huttal bölgəsində doğulmuşdur.

Tarixdə künyəsində Türk yazılmış ilk bilgin (alim) olaraq bilinən Əbdülhəmid ibn Türk haqqında dövrünün alimləri onun hesab elmini (riyaziyyatı) bildiyi və bu sahədə ən görkəmli alim olduğunu təsvir etmişlər.

İbnül Kıfti hesab elmi mənsublarının daim onun əsərlərinə istinad etdiyini yazar. Katib Çələbi isə keşfüz-zunun adlı əsərində Əbu Berzeyə dayanaraq onu cəbrin qurucusu olduğunu və bu işdə Əl-Harəzimdən öncə gəldiyini bildirmişdir. Günümüzdə də Əbdülhəmid ibn Türkün Əl-Harəzimdən öncə gəlməsini təsdiq edən elm tarixçiliyi üzrə araşdırmacı olan Aydın Sayalı Əbdülhəmid ibn Türkün Əl-Harəzimdən öncə yaşadığını yazmaqdadır.

Əbdülhəmid ibn Türk saylar nəzəriyyəsi və cəbr mövzusunda araşdırmalar etmişdir. Əsərləri haqqında bilgi verən qaynaqlarda Əbdülhəmid ibn Türkün kitab-ül cami fil hisab, kitab-ül muamelat, kitabü nevadiril-hisab, əl-kitab əl-cəbr vel-mukabele və havassül-adat adlı əsərlərinin olduğu qeyd edilməkdədir. Bəzi qaynaqlarda isə kitabü nevadiril-hisab və havassül-adat əsərlərinin eyni bir kitab olduğu haqqında bilgi vardır. Əl-kitab əl-cəbr vel-mukabele əsərinin bir neçə səhifəsi günümüzə gəlib çatmışdır.

Əbdülhəmid ibn Türk cəbr və tənliklər kitabında kvadrat tənlikləri tədqiq etmiş və onların həllini geometrik-qrafiq yolla təyin etmişdir. Əbdülhəmid ibn Türk kompleks ədəd yerinə imkansızlıq halı anlayışını istifadə etmişdir. Əbdülhəmid ibn Türk kvadrat tənliklərin kvadrat və dördbucaqlı füqurlar çəkərək geometrik-qrafik həllini verməklə tarixdə ilk dəfə analitik həndəsənin əsasını qoymuş oldu.

Analitik geometrya əsrlərdən sonra 17-ci əsrdə Dekart vasitəsi ilə Avropaya çatdı. Dekart ilk dəfə analitik həndəsədən istifadə etdi. Çox təssüf ki, günümüzdə Türk kordinant sistemi deyil Dekart kordinant sistemi istifadə edilməkdədir.

Əbdülhəmid ibn Türk
Mövzuya aid bir rəsim.
Əbdülhəmid ibn Türk
Əbdülhəmid ibn Türkə bəlkədə başqasına aid olan bir rəsim.
Yazar: Şükür Məhişoğlu Oxunma: 414 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?