Arama
Düz dünya düşüncəsi

Adı: Düz dünya düşüncəsi.


Haqqında digər bilgi:

Düz dünya düşüncəsi, dünyanın düz bir disk şəkilində olduğunu iddia edən və isbat etməyə çalışan nəzəriyyədir. Bu düşüncəyə görə güney qütbü-Antarktika qitəsi yoxdur. Günəş və ay dünyanın üzərində fırlanır. Dünyanın üzəri qubbə ilə örtülüdür. Düz dünya düşüncəsinə görə kosmosa getmək, peyk göndərmək mümkün deyil. Düz dünya düşüncəsi dünyanın kənarının olub-olmaması ilə bağlı məsələdə iki qola ayrılmışdır. Bir qola görə dünyanın kənarı hündürlüyü 20 metr civarında olan buz qatı ilə örtülmüşdür. Digər qola görə isə dünyanın kənarı yoxdur, buz divarından sonra qitələr vardır.

Qədim dövürdən başlayaraq mövcud olmuş bu düşüncə 16-cı əsirdən etibarən dünyanın çox yerində öz yerini dünyanın kürə olması düşüncəsinə versədə Çində daxil olmaqla bəzi ölkələrdə 17-ci əsrə qədər rəsmi düşüncə olaraq qalırdı. Dünyanın qütüblərdən basıq kürə şəklində olması qəbul görüləndən sonra 19-cu əsrin əvvəllərinə qədər dünyanın düz ya da kürə şəklində olduğu tartışılmadı. Samuel Birley Rovbotham adlı bir ingilis 1838-ci ildə Köhnə Bedford çayından çəkilmiş düz bir kanalda təcrüəbə apardı. Kanalın təxminən başlanğıcında teleskopla suya girdi və dostuna ordan 9.656 km (6 mil) məsafədə yerləşən körpüyə qədər qayıqla üzməsini dedi. Qayığın üzərində suyun səthindən 1.524 metrə (5 fit) hündürlükdə olan bayraq bərkitmişdilər. Əgər dünya kürə şəklində olarsa və hesablamalara görə qayıq 9.656 km məsafədə (körpünün yanında) olduqda üfüqdən (əyrinin ən yüksək nöqtəsindən) 4.877 metr aşağıda olmalıdır. Və teleskopla baxdıqda belə qayıq və bayraq görsənməməli idi. Ancaq Samuel teleskopla qayığı izlədi və sona qədər qayığı görə bildi. Bu sınaqla dünyanın düz olması tartışması başladı. Bu tarix müasir düz dünya hərəkatının başlanğıcı hesab edildi.

Düz dünya düşüncəsi
Kanal üzərində aparılan təcrübənin cizgisi.
Düz dünya düşüncəsi
Düz dünya xəritəsi.
Düz dünya düşüncəsi
Düz dünyada günəşin və ayın hərəkəti.
Yazar: Şükür Məhişoğlu Oxunma: 338 Bölmə: Təbiyyət
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?