Arama
Dorper qoyunu

Adı: Dorper qoyunu.

Kökəni: İngilis dorset qoyunu ilə qarabaş Türk qoyunu.

Mələzləşmə tarixi: 1930-1950-ci illər.

İstiqaməti: Ətlik.


Çəkisi: Erkək: 90-140 kq, dişi 55-90 kq.

Bala verimliliyi: 1.5-2.25 (150-225 %).

Balalama sayı: 2-5 başa.

Doğularkən quzunun çəkisi: 1.5-5 kq.

Günlük çəki yığma qədəri: 0.4-0.7 kq.

Bir aylıq quzunun çəkisi: 12-25 kq.

Ət çıxımı: 0.9 (90 %).

Rəngi: Ağ, qara.

Uyğun iqlim göstəricisi: -150C - +400C.

Qoça gəlmə müddəti: 7 aylıqda.

Qoça gəlmə dövrü: İl ərzində.

Boğaz olma müddəti: 4-5 ay.

Sərfəli saxlama müddəti: 5-8 il.


Haqqında digər bilgi:

Dorper qoyunu, 20-ci əsrin 30-cü illərindən 50-ci illərinə qədər İngilis dorset qoyunu ilə qarabaş Türk qoyununun mələzləşməsindən əldə olunan kənd təsərrüfatı heyvanıdır. Adı dor və per söz birləşməsindən əmələ gəlmişdir. dorper adında olan dor hissəsi dorset adından və məhşur qarabaş Türk qoyunu bəzi qaynaqlarda fars (pers) qoyunu kimi qeyd olunduğu üçün per hissəsi isə pers sözündən götürülmüşdür.

Dorper qoyunları dünyada bir çox ölkələrdə (Azərbaycan, Amerika, Rusiya, Türkiyə, Cənubi Afrika respublikası CAR və başqa) yetişdirilməkdədir. 15-20 dişiyə qoça gəlmələri üçün bir erkək yetərlidir. Dişi quzular 7 aylığında qoça gəlir. İlk boğazlıq dövründə 1, sonrakı hamiləliklərində 2-3 və hətta 4 bala verə bilir. Tövlədə bir qoyun üçün 1.5 m2, yanı balalı bir qoyun üçün 3.2-3.5 m2 yer gərəkir.

Balalarını bəsləmək üçüm öz südü yetərlidir. Yüksək analıq qayğısı göstərirlər. Balalarını daha yaxşı bəsləyə bilirlər. Doğuşu rahat keçir.

Dorper qoyunu
Dorper qoyunları və quzuları.
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?