Arama
Dezinfeksiya

Dezinfeksiya, xəstəlik törədən mikroorqanizmlərin məhv edilməsi üçün icra olunan mühəndisi-tibbi əməliyyatıdır.

İnfeksiya olan və ya İnfeksiya olması ehtimalı edilən istənilən yer (ev, bina, giriş, içtimai nəqliyyat, inzibati binalar, məktəb, bağça və digər içtimai binalar, ferma və digər yerlər) dezinfeksiya edilir. İnfeksiya qeydə alınan yerin dezinfeksiyası cari, infeksiya olması ehtimal olunan yerin dezinfeksiyası isə yoxlama (profilaktik) dezinfeksiya işi adlanır.

Mövcud şəraitə uyğun olaraq həcmi dezinfeksiya və səthi dezinfeksiya üsulu olmaqla iki dezinfeksiya üsulundan biri seçilir. Texniki verilənlər nəzərə almaqla natrium hipoxlorid və ya kalsium hipoxlorid kimyəvi birləşməsindən istifadə etməklə epidomoloji və gigyena sahəsində fəaliyyət serfikatı almış həkimin nəzarəti ilə dezinfeksiya üsuluna uyğun olaraq dezinfeksiya məhlulu hazırlanır. Hazırlanan dezinfeksiya məhlulunun tərkibində isə qeyd edilmiş kimyəvi birləşmənin miqdarı fərqli ola bilər. Miqdar həkim nəzarəti altında və müvafiq təlimata əsasən müəyyən edilir.

İşçilərin geyimləri və digər fərdi mühafizə vasitələri yoxlanıldıqdan sonra hazlanmış məhlul ilə müəyyən edilmiş ərazi püskürtmə cihazları ilə dezinfeksiya edilir. Dezinfeksiya olunan əraziyə giriş Sifarişçi tərəfindən məhdudlaşdırılır.

Dezinfeksiya
Dezinfeksiya edən görəvli, geyim və avadanlıqları.
Yazar: Şükür Məhişoğlu Oxunma: 508 Bölmə: Sağlıq (təbabət)
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?