Arama
Deratizasiya xidməti

Deratizasiya xidməti infeksiya mənbəyi olan yaxud daşıyıcısına çevrilmiş, tək epidemiya yaymaq təhlükəsinə görə deyil, həm də iqtisadi cəhətdən ziyan vuran gəmiricilərə qarşı aparılan əməliyyatdır.

Deratizasiya işidə (infeksiya qeydə alındığı zaman) cari və (infeksiyanın yayılmasını önləmək üçün) yoxlama (profilaktik) olmaqla yerinə yetirilməkdədir.

Epidemioloji cəhətdən ən təhlükəli gəmiricilər siçan və siçovullardır. Dünya səhiyyə təşkilatının verdiyi məlumata görə infeksiya əsaslı xəstələrin böyük əksəriyyəti siçan kimi gəmiricilərdən qaynaqlanmaqdadır. Digər tərəfdən də gəmiricilər kənd təsərrüfatı və digər təsərrüfatlara da iqtisadi zərər verməkdədir. Beləki, taxıl və digər qida anbarlarına sızan gəmiricilər məhsulları zədəliyərək tullantıya çevirirlər. Bundan başqa da rabitə xətlərinidə zədəliyirlər.

Deratizasiya işləri zamanı gəmiricinin növü müəyyən edildikdən sonra həkimin nəzarətində məhvetmə üsulu seçilir. İşçilərin geyimləri yoxlanılır. Müəyyən edilmiş üsulla işə başlanılır. Derztizasiya işləri zamanı krısid, zookumarin, difenasin, ratindan, barium-karbonat, sink-fosfid, tiosemikarbazid, arsen preparatları və s. kimi kimyəvi birləşmələrdən, aldadıcı yemlərdən, tələdən istifadə edilir.

Deratizasiya işi bitdikdən sonra deratizasiya işini aparan təşkilat tərəfindən müəyyən edilmiş müddətdə iş görülən əraziyə giriş Sifarişçi tərəfindən məhdudlaşdırılır və ya dayandırılır. müəyyən edilmiş müddətdə xüsusən uşaqların həmin bölgəyə girişinə izin verilməməlidir.

Yazar: Şükür Məhişoğlu Oxunma: 198 Bölmə: Sağlıq (təbabət)
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?