Arama
Deccal (Dəccal)

Adı: Deccal (Dəccal).

Bağlılığı: İblis.

Görəvi: Adamları dini inancından saptıraraq pisliyə və sapqınlığa yönəltmək.

Ortaya çıxışı: hz. İsa peyğəmbərin ikinci dəfə yer üzünə gəlməsindən öncə.

Anlamı: Bəzi qaynaqlara görə Dəccal fiziki olaraq yaradılmış, bəz qaynaqlara görə ruhu özəlliyi olan Dəccal pis düşüncənin özüdür.

Davamçıları: Dəccalın davamçılarına onun əsgərləri deyilir. Bəzi qaynaqlara görə pis düşüncəni daşıyan, yayan və təbliğ edən adamlar onun əsgərləridir.


Haqqında digər bilgi::

Deccal (Dəccal), İslam dininə görə son (axır) zamanda, Məsihin ikinci dəfə yer üzünə gəlməsindən öncə adamları dini inancından saptıraraq pisliyə və sapqınlığa yönəldəcəyinə inanılan və şeytanı təmsil eden varlıqdı. Bəzən də bu varlıq qaynaqlarda (hədis və başqa söylənişlərdə) Dəccal pis düşüncənin özü, Deccalın əsgərləri isə bu düşüncəni daşıyan, yayan və təbliğ edən insanlar olaraq bizə təqdim edilir.

Deccala xiristian inancında Antiçrist, yahudi inancında isə Armilus deyilməkdədir. Deccalın son (axır) zamanda ortaya çıxışı və əlamətləri haqqında bir çox söylənişlər vardır. Bunun güvənilir olanı Peyğəmbər (s.a.s) ümmətinə Deccalın çıxışı və əlamətləri haqqında verdiyi bilgidir.

Yuxarıda da qeyd edildiyi kimi Deccalın ortaya çıxışı son (axır) zamanda olacaqdır. Deccalın əlaməti isə bunlardır.

    • Deccal ilk öncə özünü peyğəmbər elan edəcəkdir,
    • Deccal ilk öncə özünü peyğəmbər elan edəcəkdir,
    • Deccal bir sürə sonra özünü Rəbb (İlah) elan edəcəkdir,
    • Deccal ağlayıb inləyən, üzüntülü ( kədərli) bir görüntüyə sahib olacaq,
    • Deccalın qərərgahı ev (köşk) şəklində bir xiristian manastırı olacaq,
    • Deccalın qərargahı günəş batan tərəfdə bir adada olacaq,
    • Dəccalın bütün ruhu və canı yalançıdır. Həqiqətlərə iftira atıb, işin içində çıxılmayacaq durumlar gətirəcək,
    • Deccalın her şeyden şikayət eden bir görüntüsü olacaqdır,
    • Deccal ayaqlarının arası aralı şəkildə yeriyəcək,
    • Deccalın əsgərləri özlərini bir şeylərin arxasında gizlədə biləcəklər,
    • Deccalın əsgərləri bütün ruhları ilə ona sadiq qalan və cəsusluq edənlər olacaqdılar,
    • Deccal özünü elə bir şəkildə mömün kimi göstərəcək ki, adamlar onu həqiqi mömün sayaraq aldanacaqdır,
    • Deccal və əsgərləri bütün yer üzünə yayılacaqdır, özlərinin və təsirlərinin getmədiyi heç bir yer qalmayacaqdır,
    • Deccalın sağ gözü kor olacaq, gözü çölə donbalmış olaraq çıxacaq və üzüm dənəsi boyda olacaqdır,
    • Deccala inanıb tabe olanlar nə qədər saleh əməllər işləsələr belə heç bir əhəmiyyəti olmayacaqdır,
    • Deccalı bu qədər böyüdən və ucaldan əsgərlərinin ona olan sevgisi olacaqdır,
    • Mömünlər Deccaldan böyük zərər görəcəklər,
    • Deccal ona uyanları varlı edəcək, uymayanları batıracaqdır,
    • Deccal əsgərlərinin bir bölümü İslam ümmətinin, bir bölümü yəhudi, bir bölümü xiristian və bir bölümüdə digər kafir və münafiqlərin içindən çıxacaqdır,
    • İslam dinində olanlardan Deccalın əsgərləri olacaq kimsələr Qurani-Kərimi oxuyub ancaq ondan bir şey anlamayan kimsələr olacaqdır,
    • Deccalın yer üzündəki fitnəsi, hakimiyyəti 40 zaman müddətində olacaqdır. Bu 40 zaman müddəti yer üzündə ya 40 il, ya 40 ay ya da 40 gün çəkəcəkdir,

Qaynaq: İbn Mace, Sünen, hədis sayı: 4077; İbn Kesir, el-Fiten ve'l-Melahim, 1/32. İbn Ebi Şeybe, Musannef, hədis sayı: 38635; Abdürrezzak, Musannef, hədis sayı: 20828 İbn Mace, Sünen, hədis sayı: 4077. İbn Ebi Şeybe, Musannef, hədis sayı: 38791; İbn Mace, Sünen, hədis sayı: 4074. Suyuti, Dibac ale'l-Müslim, 6/261; Müslim, hədis sayı: 2942; Avnu'l-Mabud, 11/317; Es-Sünen el-Varide Fi'l-Fiten, 6/1149. Suyuti, Dibac ale'l-Müslim, 6/261; Müslim, hadis no: 2942; Avnu'l-Mabud, 11/317; Es-Sünen el-Varide Fi'l-Fiten, 6/1149. İbn Mace, Sünen, hədis sayı: 4074; İbn Ebi Şeybe, Musannef, hədis sayı: 38791. ithafu'l-cemaa bima var fi'l-fiten ve'l melahim 3/85. Ebu Davut hədis sayı:4328. Ebu Davud, Melahim, hədis No: 4319. İbn Ebi Şeybe, Musannef, hədis sayı: 38613; Mucemu'l-Kebir, hədis sayı: 6; Beyhaki, Sünenü'l-Kübra, hədis sayı: 6588. Buhârî, Fiten 26, Tevhîd 17; Müslim, Îmân 274. Ayrıca bk. Tirmizî, Fiten 60. el-Müstedrek, 1/330; Taberani, Mucemu'l-Kebir, hədis sayı: 6815. Mervezi, el-Fiten, 2/538. el-Müstedrek, 4/507. İshak b. Raveheyh, Müsned, hədis sayı: 262. İbn Mace, Sünen, hədis sayı: 4077. İbn Ebi Şeybe, Musannef, hədis sayı: 38633; Taberani, Mucemu'l-Kebir, hədis sayı: 8409. İbn Kesir, el-Fiten ve'l-Melahim, 1/60. el-Müstedrek, 4/542; Müslim, hədis sayı: 2943. el-Müstedrek, 4/468. Abdürrezzak, Musannef, hədis sayı: 20790; Müstedrek, 4/486. Abdürrezzak, Musannef, hədis sayı: 20825. İbn Ebi Şeybe, Musannef, hədis sayı: 38661; Müslim, hədis sayı: 2940.

Deccal (Dəccal)
Deccala aid çəkilən bir rəsim.
Deccal (Dəccal)
Deccala aid çəkilən bir rəsim.
Yazar: Şükür Məhişoğlu Oxunma: 1436 Bölmə: Din
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?