Arama
Çin respublikası və ya Tayvan dövləti

Adı: Çin respublikası (Tayvan dövləti).

Qurluş tarixi: 10 oktyabr 1911-ci il.

Rəsmi dil: Çin dili.

Çincə yazılışı: 中華民國 中华民国.

Başkəndi: Taybey.


Ərazi: 36193 km (su sahəsi 3727.879 km ərazisinin sahəsinin böyüklüyünə görə dünyanın 134-cü olkəsidir).

Əhali: 23476640 nəfər (əhalinin sıxlığına görə dünyada 56-cı yerdədir. 1 km 649 nəfər düşür).


Pul vahidi: Yeni Tayvan Dolları (TWD).

Saat qurşağı: UTC/GMT+8.

Internet TLD: .tw.

Telefon kodu: +886.


Dövlət başçısı: Tsay Ing-ven.

Hökümət başçısı: Su Tseng-chang.


Adanın coğrafi koordinatları: 23 ° 30 'b, 121 ° 00 'd.

Adanın uzunluğu: 394 km.

Adanın eni: 144 km.

Ən hündür nöqtəsi: 3952 m.


Haqqında digər bilgi:

Çin respublikası və ya Tayvan dövləti Asiya qitəsindən 150 km uzaqlıqda Sakit okiyanında yerləşən Tayvan adasında qurulmuş dövlətidir. İndiki çin xalq respublikası ərazisində 1911-ci ildə elan edilmiş Çin respublikası höküməti olan çin milli partiyası, 1949-cu ildə çin koomunist partiyası örgütü tərəfindən üsyanla devrildikdən sonra, çin milli partiyasının lideri və hökümət başçısı Chiang Kai Shek və digər hökümət üzvüləri Tayvan adasına gedərək çin respublikasının fəaliyyətinin burden davam etdiyini elan etdilər.

Çin respublikası çin dövlətini 1971-ci ilə qədər təmsil etmiş tək dövlət olmuşdur. Dünya dövlətlərinin əksəriyyəti Tayvan adasında yerləşən çin respublikasını 1971-ci ilə qədər çin dövlətini təmsil edən tək dövlət olaraq qəbul etsələrdə 1971-ci ildən sonra çin respublikası Birləşmiş millətlər təşkilatı üzvülüyündən çıxarıldı və dövlətlərin əksəriyyəti çin xalq respublikasını çin dövləti təmsilçisi olaraq qəbul etdi. Bundan sonra çin respublikası əsasən Tayvan dövləti olaraq ifadə edilməyə başlandı. Ancaq buna baxmayaraq hələdə bəzi dövlətlər çin dövlətini təmsil edən qanuni respublikanın çin respublikası olduğu qəbul etməkdədir.

Çin respublikası və ya Tayvan dövləti
Çin respublikası və ya Tayvan dövləti.
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?