Arama
Çılpaqgözlülər (Ablepharus)

Adı: Çılpaqgözlülər (Ablepharus).

Fəsiləsi: Uzunayaqlılar.

Durumu: Bəzi növləri qırmızı kitaba salınıb.


Haqqında digər bilgi:

Çılpaqgözlülər (Ablepharus), uzunayaqlılar fəsiləsinə aid olan kərtənkələ cinsidir (sürünənlər, heyvan). Bədəni uzun, hamar və yumuru pulcuqlarla örtülmüşdü. Uzunluğu 15 sm-ə qədər olur. Ətrafları zəif inkişaf etmiş və beş barmaqlıdır. Qulaq dəliyi kiçikdir və dərinin altında gizlənmişdir. Gündüzlər fəaldır. Əsasən cücülərlə qidalanır. Yumurta qoymaqla çoxalır.

Çılpaqgözlülər batı və güney Asiyada, Qazaqistanda (Qazaxıstan), Qafqazın güneyində, Avropanın güneyində yayılmışdır. Bilinən 7 növü vardır. Səhra çılpaqgözlülər (Ablepharus deserti) daha çox yayılmışdır. BMT-nin qırmızı kitabına Avropa çılpaqgözlülərin (Ablepharus kitaibelli) 3 yarım növü salınmışdır. Azərbaycanda zolaqlı (bivittatus men) və Asiya (pannonicus lichht) çılpaqgözlüləri olmaqla 2 növü yaşayır və hər ikisi Azərbaycanın qırmızı kitabına düşmüşdür.

Qaynaq: AME-dən istifadə edilmişdir.

Çılpaqgözlülər (Ablepharus)
Zolaqlı çılpaqgözlü (Ablepharus bivittatus).
Yazar: Şükür Məhişoğlu Oxunma: 202 Bölmə: Təbiyyət
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?