Arama
Çiçək xəstəliyinin aşısı (vaksini, peyvəndi)

Adı: Çiçək xəstəliyinin aşısı (vaksini, peyvəndi).

kökən: Türk.

Təyinatı: Çiçək xəstəliyinin qarşısını almaq üçün istifadə olunur.


Haqqında digər bilgi:

Çiçək xəstəliyinin aşısı (vaksini, peyvəndi), bulaşıcı xəstəlik olan çiçək xəstəliyinin qarşısını almaq, yayılmasını məhdudlaşdırmaq üçün istifadə olunan dərman. İlk dəfə Türklər tətbiq etmişdir.

Çiçək xəstəliyi ilə ilgili əsərlər İslam alimləri tərəfindən hələ 10-cü yüz ildə qələmə alınmışdır. Bu əsərlərdə xəstəlik haqqında bilgi verilsədə sağaldılması ilə bağlı bilgi verilməmişdir. Daha sonra 11-ci yüzillikdə otaçı (həkim) ər-Razi öz əsərində çiçək xəstəliyi ilə bağlı ayrıntılı bilgi vermiş və qızılca xəstəliyi ilə müqayisə etmişdir. Bununla bağlı İstanbulda yaşayan Emanuel Timoniusun 1714-cü ildə çap etdirdiyi kitabındakı məlumata dayanaraq Avropada ilk dəfə bu müqayisəni 18-ci yüz illikdə Tomas Sydenham aparmışdır.

İngiltərənin 1716-1718-ci illərdə Türk dövlətində elçisi olmuş Edvard Vortley Montaqunun (Edward Wortley Montagu) xanımı Mari Vortley Montaqun (Mary Wortley Montagu) 1713-cü ildə qardaşını çiçək xəstəliyinə görə itirmiş, 1715-ci ildə özü çiçək xəstəliyi keçirmiş və üzündə bu xəstəliyin izləri qalmışdır. Odur ki, çiçək xəstəliyinin müalicəsi ilə ilgilənirdi. Mari (Məryəm) xanımın bu marağı onu Türk (Osmanlı) torpaqlarında adamları çiçək xəstəliyinə qarşı aşılanması ilə tanışdırdı.

Çiçək xəstəsi olan adamın yarasından və inək çiçəyi xəstəliyindən alınan irini aşağı dozada sağlam adamların dərisin cızıb ora sürtməklə adamları aşılamaq (vaksinləmək) Mari xanımı heyrətə salmışdı. Oğlunu aşılatdıran Meri qız dostu Sarah Cisvelə (Sarah Chiswell) 1717-ci ilin aprel ayında yazdığı məktubda aşını belə anlatmışdı: Bizdə çox yayılmış və təhlükəli olan çiçək xəstəliyini burda kəşf etdikləri bir aşı ilə önlüyürlər. Hər il minlərlə uşaqlar aşılanır. Aşıdan heç kim ölmür. Mən də öz uşağımı aşılatdım. Vətənimi çox sevdiyim üçün aşının ora getməsini istəyirəm.

İngilis elçiliyi vasitəsi ilə aşı haqqında bilgi ingiltərəyə çatdı. Bir çox ingilis həkimləri buna Türkə çarə ya da xalq müalicəsi deyərək qarşı çıxsalarda 1721-ci ildə yenidən yayılan çiçək xəstəliyinin qarşısını almaq üçün bundan istifadə etməyə məcbur oldular. Vaxtı ilə İngiltərənin Türk dövlətindəki elçiliyində həkim işləmiş Çarlez Maitland (Charles Maitland) xanım Merinin 3 yaşındakı qızını və Cames Keitin (James Keith) 6 yaşındakı oğlunu aşıladı. Daha sonra Navqate (Nawgate) zindanındakı ölümə məkum 6 adamı aşıladılar. Gözəl nəticə alındığı üçün doktor Çarlez Maitland 1722-ci ildə İngiltərə kralının iki övladınıda aşıladı. Aşının başarısı və faydası göz qabağıda olsada bəzi çevrələr buna qarşı çıxır, aşı olunanın bədənindən inək çıxacağı kimi yalan bilgi yayır, aşının müsəlman dövlətindən gəldiyi üçün istifadəsinin günah olduğunu iddia edirdilər.

Belə şəxslərdən biri də 1730-1735-ci illərdə Türk dövlətində İngilis elçiliyində çalışmış Samuel Medley idi. O, 1735-ci ilin 28 may tarixində gündəliyində bunları qeyd etmişdir: Çiçək aşısı Məhəmməd (s.a.v.) kökənlidir və əsla azad doğulmuş bir İngilisin mayasına uymaz. İlahi qanunlara əsk olub bizim bədənimizə yeridiləcək bir yükdür. İngiltərədə vəhşicə aşılanmaya olan həvəs şaşıracaq bir işdir. Daha sonra ağrıyacağıq və çürüyəcəyik deyə sağlam bir bədəni xəstəliyə bulaşdırmaq gülməli deyilmi? Bundan qurtulmaq üçün necə dua etmək gərəkir. İlahinin təqdirinə qarşı çıxmaq yanlış bir işdir.

Türk aşısına qarşı çıxanların olmasına baxmayaraq aşı bütün Avropaya (Rusiya, İtaliya, İsveç, Fransa və başqa) yayıldı. Daha sonra 1762-ci ildə Edvard Cenner (Edward Jenner) bu aşını daha da gəlişdirdi və bu aşı sayəsində 1980-ci ildə çiçək xəstəliyi yoxa çıxdı.

Yazının hazırlanmasında Fikriyyat dərgisinin (fikriyyat.com) yazarı Erhan Afyoncunun Çiçek aşısına Türk buluşu diye karşı çıkanlar ölüm korkusu ile sonradan aşılandı! yazısından istifadə edilmişdir.

Çiçək xəstəliyinin aşısı (vaksini, peyvəndi)
Mari xanım və oğlunun rəsmi.
Çiçək xəstəliyinin aşısı (vaksini, peyvəndi)
Çiçək aşısına qarşı çıxanların çəkdiyi rəsim. Rəsimdə aşı olunanların bədənindən inək çıxdığı təsvir olunur.
Çiçək xəstəliyinin aşısı (vaksini, peyvəndi)
Çiçək aşısına qarşı olanlar fransızların çəkdiyi başqa bir rəsim.
Çiçək xəstəliyinin aşısı (vaksini, peyvəndi)
Samuel Medleyin gündəliyindən səhifə.
Yazar: Şükür Məhişoğlu Oxunma: 190 Bölmə: Sağlıq (təbabət)
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?