Arama
Çarli (Charlie) Hebdo hadisəsi

Adı: Çarli (Charlie) Hebdo hadisəsi.

Tarixi: 7 yanvar 2015-ci il.

Yer: Fransa, Paris.


Haqqında digər bilgi:

Çarli (Charlie) Hebdo hadisəsi, Fransanın Paris şəhərində fəaliyyət göstərən Çarli Hebdo adlı qəzetin Məhəmməd peyğəmbərə (s.a.s) qarşı təhqiredici material dərc etməsindən sonra bir qrup şəxs tərəfindən Çarli Hebdo qəzetinin əməkdaşlarının öldürülməsi hadisəsidir.

Çarli Hebdo adlı qəzet, 2006-cı ildə müsəlmanlar tərəfindən böyük etirazla qarşılanmış Danimarkada Məhəmməd peyğəmbərin (s.a.s) karikaturasını yayanlara dəstək olacağını elan edir. Daha sonra 2011-ci ildə qəzetin birinci səhifəsində Məhəmməd peyğəmbərin (s.a.s) karikaturasını dərc edir. Qəzetə bir çox xəbərdarlıqların və o cümlədən internet saytına haker hücumlarının olmasına baxmayaraq qəzet kin-küdurət yaymaqda, nifaq salmaqda, müsəlmanların dini hesiyyatını və inancını təhqir etməkdə davam edir. 2015-ci ilin yanvarında Məhəmməd peyğəmbərə (s.a.s) qarşı növbəti təhqiramiz material (lüt karikatura) dərc edir.

Bundan sonra bir qrup silahlı şəxs (saylarının 3 nəfər olduğu iddia edilir) 7 yanvar 2015-ci il tarixdə qəzetin idarə binasına daxil olmuş qəzet əməkdaşlarından 12 nəfəri öldürmüş, 11 nəfəri yaralamışdır. Silahlı şəxslərin ikisinin adının Şərif Kuaşi və Səid Kuaşi qardaşları olduğu, bir nəfərin isə 18 yaşında gənc olduğu bildirilir. Hadisədən bir iki gün sonra silahlıların polis tərəfindən öldürüldüyü qeyd edilməkdədir.

Qəzet tərəfindən təhqir edici material dərc edildiyi gündən qəzetin mühafizəsini təşkil etmək məqsədi ilə polislər ayrılmış ancaq nədənsə polislər redaksiyanın qapısında deyil xeyli uzaqda (180 m) pos qurmuşdular. Hadisə baş verəndən sonra hara getdikləri müəyyən edilə bilinməyən silahlı şəxslər sanki yerlərini bildirmək üçün Villers-Cotterets adlı yaşayış məntəqəsində yanacaq doldurma məntəqəsinə, tükana hücum etmişlər. İçki və ərzaq alaraq Dammartin-en-Goële məntəqəsinin yaxınlığında fabrikdə gizlənmişlər. Gizləndikləri yerdə polis tərəfindən öldürülmüşdür. Həm polislərin uzaqda pos qurması, həm hücum edənlərin hadisəni törətdikdən sonra hara gedəcəkləri, harda gizlənəcəkləri və nə edəcəkləri ilə bağlı planlarının olmaması, həm də yerlərini açıq aydın bəlli etmələri hadisə haqqında gizləmi və şubhələri artırmaqdadır.

Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?