Arama
Calut və ya Qolyat

Adı: Calut və ya Qolyat.


Haqqında digər bilgi:

Calut və ya Qolyat, hz. Davud peyğəmbərin və İsrayıloğullarının (İsrail) ilk kralı Talutun (və ya Saulun) dönəmində düşmən qövmün ordusunun ən güclü savaşçısı olmuş şəxs.

Həyatı haqqında bilgi yox dərəcəsindədir. Adı Qurani Kərimdə Calut, digər qaynaqlarda (Ahd-i Atikdə) isə Qolyat olaraq keçir. Qurani-Kərimdə savaş zamanı hz. Davud tərəfindən öldürüldüyü haqqında bilgi verilməkdədir (el-Bakara surəsi, 246-251-cı ayələr). Ahd-i Atikdə Calutun ölümü bir az ətraflı təsvir edilmişdir. Calut İsrayıl oğullarının qarşısına çıxmış, onunla döyüşmək istəyənləri meydana cağırmış, onlara meydan oxumuşdur. Calutun geydiyi zirehin çəkisi 60 kq olmuşdur. Bunu görən hz. Davud peyğəmbər onun qarşısına çıxmış və sapandla başından vuraraq Calutu öldürmüşdür (I. Samuel, 17).

İri cüssəsi olduğu üçün dev olaraq anılmaqdadır. Boyunun hündürlüyü bəzi qaynaqlarda (Ahd-i Atik) 2.93 m, yahudi tarihçisi F. Josefus kimi qaynaqlara görə 2.03 m olmuşdur.

İslam qaynaqlarının bəzisində Babildən olduğu və həm də Berberilerin kralı olduğu (Məsudi, I, 54, 56-58), digərində isə Ad və ya Səmu qövlərindən olduğu irəli sürülmüşdür (Təbəri, I, 467). Ahd-i Atıka görə Filisti qövmündəndir və Gat şəhərindəndir. Başqa bir görüşə görə Refaim adlı bir irqdən olduğu düşünülməkdədir.

Calut və ya Qolyat
hz. Davudun Calutu sapandla vurması. Osmar Sşindlerin Davud ve Golyat isimli əsəri (təxminən 1888-ci il)
Calut və ya Qolyat
hz. Davudun Calutun başını kəsməsi.
Yazar: Şükür Məhişoğlu Oxunma: 206 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?