Arama
Çaka (Çakan) bəy

Adı: Çaka (Çakan) bəy.

Görəvi: Başbuq, Dənizçi.

Doğumu: Bilinmir.

Doğum yeri: Bilinmir.

Ölümü: 1095-ci il və ya 1097-ci il.

Ölüm yeri: Bilinmir.

Atası: Bilinmir.

Boyu: Çavuldur.

Budunu (Milliyyəti): Türk.

Dini: İslam.


Haqqında digər bilgi:

Çaka bəy, başbuq və ilk Türk dəniz qüvvətlərini qurmuş ilk türk dənizçisi. Harda və nə vaxt doğulduğu bilinməyən Çaka bəy haqqında bilgiyə əsasən Danişmendnamədə və Bizans imparatoru I Aleksios Komnenosun qızı Anna Komnenanın qələmə aldığı Alexiada adlı əsərdə rast gəlinir. Anna Komnenanın yazdığı əsərdə Çaka bəyin adını Tzakhas = Çakhas = Çakas kimi vermişdir. Danişmendnamədə isə Çaka bəy kimi keçməkdədir.

Danişmendnaməyə görə Oğuzların Çavuldur boyundan olan Çaka bəy Sultan Alparslan kakanlın ordusunda, Turasan bəyin (Sultan Turasan) bölüyündə savaşlara qatılmış, 1071-ci ildə Malazgirt savaşında iştirak etmişdir.

Sultan Alparslan kakanın göstərişi ilə Turasan bəyin başçılığı ilə Kara Tona ve Həsən Hoşavəndi ilə birlikdə İstanbula qədər öncül axınlarda iştirak etmişdir. Axınların birində Bizansın içinə sızmaq, dənizçilik sahəsində sirləri öyrənmək məqsədi ilə qəsdən bizans komutanı Kabalika Aleksandra 1078-ci ildə əsir düşmüşdür. Öncədən hazırlanmış tərtibə uyğun olaraq Çaka bəy imparator Nikephoros Botaneiatesin etimadını qazanmış və imperator protonobilissimos ünvanı ilə Çaka bəyi saraya almış ona bəzi imtiyazlar vermişdir. Anna Komnenaya görə Homeri anlayacaq qədər Bizansca bilən Çaka bəy bu imtiyazlardan istifadə edərək dəniz-gəmiçilik sahəsini mümkün olduğu qədər öyrənmişdir. Bizans taxtına 1081-ci ildə çıxan I. Aleksios Komnenos Çaka bəyin ünvanını və bütün imtiyazlarını əlindən almış, saraydan kənarlaşdırmışdır.

Bundan sonra Çaka bəyin İstanbuldan nə zaman döndüyü və neçə əsirlikdən qutardığı (çox güman saraya çıxardan Türk gizli nəfərləri onu əsirlikdəndə qutarmışdır) bilinməsədə əsirlikdən döndükdən sonra İzmiri fəth etdiyi bilinməkdədir (bəzi qaynaqlarda bunun 1081-ci ildə baş verdiyi bildirilir). İzmiri fəth etdikdən sonra ilk Türk tərsanəsin qurmuş və burda gəmilər inşa edərək 40 gəmidən ibarət ilk Türk donanmasını qurmuşdur.

Bundan sonra Çaka bəyin İstanbuldan nə zaman döndüyü və neçə əsirlikdən qutardığı (çox güman saraya çıxardan Türk gizli nəfərləri onu əsirlikdəndə qutarmışdır) bilinməsədə əsirlikdən döndükdən sonra İzmiri fəth etdiyi bilinməkdədir (bəzi qaynaqlarda bunun 1081-ci ildə baş verdiyi bildirilir). İzmiri fəth etdikdən sonra burda bir bəylik təsis etmiş, ilk Türk tərsanəsin və burda gəmilər inşa edərək 40 gəmidən ibarət ilk Türk donanmasını qurmuşdur.

Öncə Urla, Çeşme və Forçanı alan Çakı bəy 1089-cu ildə Midilli, 1090-cı ildə isə saqqız adasını fəth etdi. Çaka bəy başçılığındakı Türk donanması 19 may 1990-cı ildə qoyun adaları yaxınlığında bizans donanması ilə qarşılaşdı. Türk donanması girdiyi ilk dəniz savaşından (qoyun adaları savaşı) qalib olaraq ayrıldı. Bunun qarşısını almaq məqsədi ilə bizans 1090-1092-ci illərdə Çaka bəyin üzərinə əlavə qüvvələr göndərsədə uğur əldə edə bilmədilər.

İstanbulu almaq üçün düşüncəsi olan Çaka bəy bunun üçün Peçeneklərlə və İznik hakimi Ebül-Qasım ilə razılığa gəlmişdir. İstanbul 1090-1091-ci ilin qışında mühasirədə qalmışdır. Yaz gəldikdə bilinməyən bir səbəddən öncə Ebül-Qasım, sonra isə Çaka bəy savaşdan vaz keçdikləri üçün tək qalan Peçeneklər 29 aprel 1091-ci ildə baş verən savaşda böyük yenilgiyə uğurradılar.

İstanbulu almaq üçün düşüncəsi olan Çaka bəy bunun üçün Peçeneklərlə və İznik hakimi Ebül-Qasım ilə razılığa gəlmişdir. İstanbul 1090-1091-ci ilin qışında mühasirədə qalmışdır. Yaz gəldikdə bilinməyən bir səbəddən öncə Ebül-Qasım, sonra isə Çaka bəy savaşdan vaz keçdikləri üçün tək qalan Peçeneklər 29 aprel 1091-ci ildə baş verən savaşda böyük yenilgiyə uğurradılar.

Bir neçə il sonra Çaka bəy yenidən İstanbulu fəth etmək üçün Çanaqqala boğazı istiqamətində hərəkətə keçdi. Dənizdən və qurudan irəliləyən Çaka bəy Edremit ilə Bizansın gömrük qapısı olan Abidosu aldı. Ancaq Çaka bəy kimliyi bilinməyən şəxs və ya şəxslərin saldırısı (sui-qəsd) nəticəsində 1097-ci ildə öldürürüldü. Bizans imparatoru I Aleksios Komnenosun qızı Anna Komnenanın yazdığına görə İstanbulu alacaq Çaka bəyi durdurmaq üçün I Aleksios Komnenos Çaka bəyin yeznəsi Səlcuklu elinin kanı I Qılıcarslanla Çaka bəyin arasını vurmuşdur. I Qılıcarslan kana yazdığı məktubda Çaka bəyin onun özü üçün təhlükəli olduğunu bildirmişdir. Buna inanan I Qılıcarslan kan bir ziyafət təşkil etdirmiş və ziyafətdə Çaka bəyi öldürtmüşdür. Ancaq I Qılıcarslan kanın 1096-cı ildə Malatyanı mühasirəyə aldığını, haçlıların 1097-ci ildə İzniki aldığını və I Qılıcarslan kanın Anadolunun içlərində olduğunu nəzərə alsaq Çaka bəyi I Qılıcarslan kan tərəfindən öldürülməsi doğru olmadığını görərik. Çaka bəy öldürüldükdən sonra qurduğu bəylik dağılmışdır.

Çaka (Çakan) bəy
Çaka bəyin qurduğu bəyliyin xəritəsi.
Çaka (Çakan) bəy
Çaka bəyə aid edilən bir şəkil.
Yazar: Şükür Məhişoğlu Oxunma: 185 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?