Arama
Çağrı filmi

Adı: Çağrı və ya Məhəmməd-Allahın elçisi.

Rejissor: Mustafa Akkad.

Senari yazanlar: Craig və Tewfik El-Hakim.

Çəkiliş ili: 1976-cı il.

Yayım ili: 1977-ci il.

Konusu: Peyğəmbər (s.a.s) həyatının peyğəmbərlik dönəmi və İslam tarixinin ilk illəri.

Maliyyə verən: Liviyanın keçmiş dövlət başçısı Muəmmər Qəddafi.

Filmin etkisi: 18 milyon adamın müsəlman olması.

Filmin bəstəkarı: Moris Jarrdır.

Filmin müddəti: 177 dəq.

Filmin büdcəsi: 10 milyon dollar.


Haqqında digər bilgi:

Çağrı və ya Məhəmməd-Allahın elçisi Peyğəmbərimizin (s.a.s) həyatının əsasən peyğəmbərlik dönəmini və İslamın ilk illərini əks etdirən filimdir. Film, 1976-cı ildə Liviyanın keçmiş dövlət başçısı Muəmmər Qəddafinin maliyyəsi və texniki yardımı ilə Suriya əsilli Ameriklı rejissor Mustafa Akkad tərəfindən çəkilmişdir. İlk dəfə Amerikada 1977-ci ildə yayımlanmışdır.

Film çəkildiyi vaxt adı “Məhəmməd-Allahın elçisi” olsada Çağrı adı ilə yayımlandı. Çağrı filmi iki fərqli şəkildə çəkilib. Eyni senari olsada iki film arasında bəzi kiçik məzmun və aktiyor dəyişikliyi olmuşdur. Örnəyin, filmin birinci çəkilişində Həbəşistan kralı müsəlmanları qəbul etdiyi zaman “Sizlə bizim aramızda bu xətt qədərdə fərq yoxdu” deyir. İkinci çəkilişində isə Həbəşistan kralı “Sizlə bizim aramızda bu xətt qədər fərq var” deyir. Birinci və ikinci çəkilişlərdə Həbəşistan kralı obrazını canlandıran aktyorlarda başqa-başqa aktyorlar olur. İkinci filimin adı “Er Risale” adlanır. Ola bilər ki, “Er Risale” adı verilən çəkiliş filmin ilk çəkilişi olmuşdur. Filmin “Er Risale” adı verilmiş çəkilişi 90-cı illərdə yalnız bir dəfə yayımlanmışdır.

Filimdə, Peyğəmbərimizin (s.a.s) Məkkədə İslamı təbliğ etməsi, ilk müsəlmanların müsəlman olmaları, Məkkədə və Tayifdə (Taif) müsəlmanlara edilən zülm, Mədinədən gələn təklif və heyət, hicrət, Peyğəmbərimiz (s.a.s) Mədinə həyatı, Müsəlmanların ilk döyüşü və qalibiyyəti (Bədr savaşı), müsəlmanların ikinci savaşı və yenilməsi (Uhud savaşı), hz. Həmzənin şəhid olması, 10 illik sülh andı, Məkkənin fəthi etkin şəkildə çanlandırılmışdır. Filmdə Peyğəmbərimiz (s.a.s) və hz. Əlinin üzü göstərilməmişdir. Savaş səhnələrində sadəcə hz. Əlinin zülfüqar adlı qılıncı göstərilmişdir.

Filimdə əsas obrazları aşağıdakı aktyor və aktrisalar canlandırmışdır,

  • Hz. Həmzə rolunu canlandıran Entoni Kuin,
  • Hz. Bilal rolunu canlandıran Conni Sekka,
  • Hz. Sümeyye rolunu canlandıran Rosalie Crutchley,
  • Hz. Ammar rolunu canlandıran Garrick Hagon,
  • Hz. Zeyd rolunu canlandıran Damien Thomas,
  • Hz. Cafer rolunu canlandıran Neville Jason,
  • Əbu Süfyan rolunu canlandıran Maykl Ansara,
  • Hind (Əbu Süfyanın arvadı) rolunu canlandıran Irene Papas,
  • Vəhşi rolunu canlandıran Salem Gedara,
  • Əbu Talib rolunu canlandıran Andre Morell.
  • Filimdə səsləndirilmiş musiqilər aşağıdakılardı,

  • Çağrı (The Message) 3:04 dəq,
  • Hicrət (Hegira) 4:36 dəq,
  • İlk caminin inşası (Building the First Mosque) 2:32 dəq,
  • Surə (The Sura) 3:31 dəq,
  • Elçinin varlığı (Presence of Mohammad) 2:09 dəq,
  • Məkkəyə giriş (Entry to Mecca) 3:12 dəq,
  • Elan (The Declaration) 2:38 dəq,
  • İlk şəhidlər (The First Martyrs) 2:24 dəq,
  • Döyüş (Fight Jarre) 4:09 dəq,
  • İslamın yayılması (Spread of Islam) 3:33 dəq,
  • Qırılan bütlər (Broken Idols) 3:38 dəq,
  • İslam inancı (The Faith of Islam) 2:31 dəq.
  • Çağrı filmi
    Çağrı filmindən: Həbəş kralının qəbulunda.
    Çağrı filmi
    Çağrı filmindən: İlk caminin tikintisi.
    Çağrı filmi
    Çağrı filmi: Kütləvi səhnə.
    Çağrı filmi
    Çağrı filmi: Kütləvi səhnə.
    Çağrı filmi
    Çağrı filmi: Savaş səhnəsi.
    Paylaş: Facebook
    Hesaba giriş
    Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?