Arama
Boz canavar (heyvan)

Adı: Boz canavar (Canis lupus).

Dəstə: Yırtıcılar (Carnivora).

Fəsilə: İtlər (Canidae).

Kateqoriyası və statusu: Hal-hazırda sayı qənaətbəxşdir.

Sayı: Təxminən 15005 baş.

Yayılması: Avropanın və Asiyanın çox isti olmayan bölgələrində boz canavarlar çoxluq təşkil edir. Ölkəmizdə bütün rayonlarında rast gəlinə bilir, lakin ən çox canavara Kür düzənliyində, Qızıl-Ağac körfəzinin sahillərində, Zaqatala-Laqadex qoruğunda rast gəlinmişdir.

Yaşayış yerləri və həyat tərzi: Canavarlar — monoqamik heyvanlardır. Cütləşmə qışda olur. Hamiləlik dövrü təxminən 65 gün çəkir. Aprel-may aylarında dişi canavar 4-8 bala gətirir. Altı aylıq canavarlar artıq özlərinə yem əldə edə bilirlər. Yedizdirmə və böyütmə prosesində bütün sürü iştirak edir. Canavarlar məməli heyvanlardır. Dırnaqlıları, gəmiriciləri və dovşanları ovlayırlar. Yay vaxtı quş, eləcə də giləmeyvə və yumurta ilə qidalanırlar.

Sayı: 2001-ci ildə Azərbaycanda canavarların sayı təxminən 988 baş olub. 2010-cu ildə onların sayı 5109 olaraq qeydə alınıb. Ötən ilin yekunları ilə bağlı məlumatda isə Azərbaycan ərazisində yaşayan canavarların sayı təxminən 15005 baş olaraq göstərilib.

Məhdudlaşdırıcı amillər: İnsan tərəfindən ovlanması saylarının azalmasına səbəb olan əsas amildir.

Mühafizəsi üçün həyata keçirilən tədbirlər: CİTES Konvensiyasının 2 №-li Əlavəsinə daxil edilmişdir.

Yazar: Şükür Məhişoğlu Oxunma: 1024 Bölmə: Təbiyyət
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?