Arama
Böyük Coğrafi kəşflərin coğrafi nəticələri

Böyük coğrafi kəşflərə qədər avropalıların təsəvvürlərində dünya Avropa, Şimali Afrika və Asiyanın bir hissəsi ilə məhdudlaşırdı ki, bu da bütün qurunun cəmi 1/4 hissəsini əhatə edirdi. Coğrafi kəşflər sayəsində toplanan zəngin materiallar coğrafiya elmində uzun müddət davam edən durğunluğa son qoydu, aydın olmayan və səhv anlayışların düzgün başa düşülməsinə səbəb oldu. XV əsrin axırında və XVI əsrin əvvəlində Vasko da Qamanın, X.Kolumbun ekspedisiyaları, F.Magellanın Yer ətrafında ilk dəniz səyahəti Yer haqqında ümumcoğrafi təsəvvürlərin yaradılmasında əsaslı bir pillə oldu. Coğrafi xəritələrdə Amerika və Sakit okean oz əksini tapdı, Hindistana gedən dəniz yolu, Yer kürəsinin əksər hissəsi kəşf edildi. Bir sözlə, coğrafiya elminin inkişafı üçün münbit şərait yarandı.

Yazar: Münasib Həmidli Oxunma: 2430 Bölmə: Coğrafiya
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?