Arama
Böyük Coğrafi kəşflər

Yeni dövrdən etibarən Avropa sənayesinin və ticarətin inkişafı ilə xarakterizə olunurdu. İstehsal edilmiş məhsulları satmaq üçün daxili bazarlar artıq azlıq edirdi, yeni bazarlara ehtiyac duyulurdu. Qiymətli metallar – qızıl və gümüş catışmırdı, bu da mal dövriyyəsini çətinləşdirirdi. Avropaya qızıl, gümüş, ipək, qiymətli xəz dərilər gətirilməsi tələb olunurdu. Bundan başqa, Şərq ölkələrinin tükənməz var dövləti haqqında tacir və səyyahların söhbətləri də avropalıların təsəvvürlərini coşdururdu.

Yuxarıda gostərilən malları və Şərqin var-dovlətini əldə etmək umidi ilə yeni torpaqların axtarılıb tapılmasına can atılırdı.Bu məqsədlə Avropanın bir sıra ölkələrindən şərqə, Afrikaya yeni coğrafi ekspedisiyalar göndərilməyə başlandı. Bu ekspedisiyaların göndərilməsi ilə Qərbi Avropa tacirləri Avropadan Hindistana və Şərqi Asiyaya gedən yeni ticarət yolları axtarıb tapmağa, Asiya ölkələri ilə birbaşa əlaqə yaratmağa səy göstərirdilər. Beləliklə Böyük Coğrafi kəşflərin əslində heç də elmə olan maraqdan başlamadığını anlamış oluruq.

Yazar: Münasib Həmidli Oxunma: 953 Bölmə: Coğrafiya
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?