Arama
Böyük coğrafi kəşflər (Hindistan)

Şərq ölkələri içərisində əsasən Hindistana maraq daha çox idi. İstər Birunin Hindistan əsərindən, istərsə də səyyahların məlumatlarından Hindistanın zəngin nemətləri haqqnda xəbərlər gəlib çatmışdır.

Avropalıları ən çox Hindistandan gətirilən müxtəlif ədviyyatlar maraqlandırırdı. Belə ki, Avropada payızın son aylarında otlaq mövsümü başa çatdıqdan sonra mal-qaranın kütləvi kəsilməsi və ətinin qışa hazırlanması işləri görülürdü. Duzlanmış ətin keyfiyyətini saxlamaq üçün ədviyyatdan geniş istifadə olunurdu. Və ona gorə də Avropa bazarlarında ədviyyat qızıla bərabər tutulurdu.

Tropik bitki ədviyyatlar o zamanlar yalnız cənubi və cənub-şərqi Asiyada yetişdirilirdi. Ticarətdə birinci yeri Asiyanın tropik bölgələrində yayılmış istiot ədviyyatı tuturdu. Onun əkinləri ən cox Malabar (Qərbi Hindistanda) sahillərində yayılmışdır, oradan həmdə zəncəfil və hil ədviyyatları göndərilirdi. İndoneziya mixək, muskat qozu, Şri-Lanka darcın yola salırdı.

Yazar: Münasib Həmidli Oxunma: 372 Bölmə: Coğrafiya
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?