Arama
Boğazda bir şey (yumuru) varmış və ya Qlobus (Globus) hissi

Adı: Boğazda bir şey (yumuru) varmış və ya Qlobus (Globus) hissi.


Haqqında digər bilgi:

Boğazda bir şey (yumru) varmış və ya Qlobus (Globus) hissi, boğazda yad bir şeyin olduğu və udmaqla birlikdə gedəcəyi hissidir.

Bu hiss gənəl olaraq bir şey yedikdə və ya içdikdə rahatlanır, keçib gedir, ancaq bir müddət sonra yenidən ortaya çıxır. Çoğunlukla, müayinə zamanı boğazda heç bir yad maddə və ya yumru görünmür.

Keçmişdə bu simptomun tamamilə psixoloji olduğu düşünülürdü. Bu gün mümkün üzvi səbəblər ilk növbədə araşdırılır. Bununla birlikdə, bu şikayətə stres və narahatçılığın səbəb olduğu bilinir.

Qlobus (Globus) hissi ümumi bir şikayətdir. Kişilərdə və qadınlarda bərabər şəkildə baş verir. Bununla birlikdə, qadınlar daha tez-tez həkimə müraciət edirlər. Gənclərə nisbətən orta yaşlılarda daha çox yayılmışdır.

Qlobus (Globus) hissinin səbəbləri:

- Faringit,

- Qastroezofageal reflü xəstəliyi,

- Stres və narahatlıq kimi psixoloji amillər,

- Özofagus yuxarı sfinkterinin disfunksiyası,

- Farenks, qırtlaq, tiroid bezi şişləri,

- Tiroid xəstəlikləri,

- Xroniki sinüzit səbəbiylə postnazal damlama,

- Sjögren sindromu səbəbindən aşağı tüpürcək istehsalı,

- Yaşlanma səbəbindən boyun fəqərələrində inkişaf etmiş kalsifikasiya,

- Qartal sindromu.

Müalicəsi.

Qlobus (Globus) hissi birbaşa müalicə edilə bilməz, müalicə bu hissi əmələ gətirən əsas səbəbə yönəldilməlidir. Məsələn, əsas səbəb reflü kimi fiziki bir problemdirsə, qlobus (globus) hissi də reflü müalicəsi ilə azalır və ya yox olur.

Qlobus (Globus) hissinin belə bir fiziki səbəbi tapıla bilməzsə, stres və narahatlığı azaltmaq faydalı ola bilər.

Qaynaq: İrfan Yorulmaz, https://www.irfanyorulmaz.com/globus/.

Yazar: Şükür Məhişoğlu Oxunma: 318 Bölmə: Sağlıq (təbabət)
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?