Arama
Bitkoin (Bitcoin)

Gənəl bilgi.

Bitkoin bir dövlət tərəfindən dövrüyyəyə buraxılmayan elektron (virtual) pul vahidi kimi tərif olunmaqdadır. Bitkoin (Bitcoin) hər hansı mərkəzi bank tərəfindən istehsal edilmir. Bəlli sayda işarələr çoxluğunun bəlli sayda işlarələrdən ibarət alt çoxluğunun işarələrindən istifadə edərək (təkrarlanmayan) şifrələr ürətilir. Bu ürətilən şifrələr ikilik say sistemi ilə ifadə olunaraq rəqəmsallaşdırılır və şəbəkəyə daxil edilir. İkilik say sistemi ilə ifadə olunduqdan sonra o informasiya ölçüsü (bit, bayıt və s.) alır. İstehsal oluna biləcək bütün şifrələrin sayı (permutasiyası) cəmi 21 milyon olduğu hesablanmışdır.

Şifrənin ürətilməsi (mədənçilik).

İnternet şəbəkəsinə qoşulmuş yüksək surətli kompüterlərə yazılmış yazılım (proqram təminatı) vasitəsi ilə şifrələr ürətilərək sistemə əklənir. Bunu qızıl mədənində qızıl axtarmağa bənzədərək bu şifrə ürətiminədə mədənçilik adı vermişlər. Bir şifrəni yalnız bir kompüter yəni bir mədənçi ürətə bilər. Şifrələr təkrar ürətilə bilməz.

İstifadəsi.

Ürətilən şifrələr bitkoin (Bitcoin) adlandırılır. Bitkoinlərin dəyəri dollarla qiymətləndirilir. Bir məhsul aldıqda onun parasını bitkoinlə ödək mümkündür və ya mümkün olacaqdır. İlk dəfə olaraq bir pizza 10 min bitkoinə satılmışdır.

Piramida oyunu.

Bəzi dövlətlərin hökümətləri və müsdəqil iqtisadçılar (François R. Velde və başqaları) bitkoini pramida oyununa bənzətmiş və təhlükəli olmasına dair fikirlər söyləmişlər. Bəzi iş adamları isə bitkoinin iqtisadiyyatın inkişafına müsbət təsir edəcəyi fikirindədilər.

Əmtəə yoxsa para.

Bitkoin mövcud durumunda əmtəə rolunu oynamaqdadır. Günümüzdə örnək olaraq, 8000 ABŞ dollarını saxlaya bilmək üçün istifadə olunan şifrədən başqa bir şey deyil.

Digər elektron para birimi.

Bitkoindən başqa Ethereum, Ripple, Litecoin və digərləri olmaqla günümüzdə 2602 adda elektron para birimi vardır. Azərbaycanda da AzCoin adlı elektron para birimi proqramı hazırlanmış və istifadəyə buraxılmışdır.

Yazar: Şükür Məhişoğlu Oxunma: 358 Bölmə: Texnologiyalar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?