Arama
Bitig (Türk dilində söz)

Bitig sözü Türk sözüdür. Mahmud Kaşqarlı özünün Türk dilinin divanı (Divanü Lügati't-Türk) adlı əsərində bu sözün mənasını vermişdir. Bundan başqa Kül Tigin kitabəsində və digər kitabələrdə bu sözə rast gəlinməkdədir. Bitig sözündən istifadə olunmaqla İrq Bitig adlı kitabda yazılmışdır.

Bitig sözü qaynaqlarda bir çox mənalarda işlənmişdir. Yuxarıda qeyd olunan bəzi mənbələrdə məktub, bəzi mənbələrdə isə yazı anlamını verməkdədir. Əsasən isə kitab mənasını verir. Günümüzdə bitig sözündən geniş istifadə edilməsədə xalq arasında və bəzi yazılı ədəbiyyatda istifadə edilməkdədir. Danışmaqdan dilim bitdi məsəlidə bitig sözünün işləndiyi xalq danışıq dili örnəklərindən biridir.

Yazar: Şükür Məhişoğlu Oxunma: 387 Bölmə: Dil və sözlər
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?