Hər bilgini əhatə edən bitig
Adı: Bir yanvar və ya yeni il bayramı.
Özəlliyi: Əlamətdar gün, bayram.
Kökən bağlılığı: Roma kilsəsi.
Günümüzdə mahiyyəti: Yeni ilin gəlməsi bayramı.
Keçirən ölkələr: Dünya dövlətlərinin əksəriyyəti.
Haqqında digər bilgi:
Bir yanvar və ya yeni il bayramı, hər ilin dekabırın 31-dən yanvarın 1-nə keçən gecə dünyanın müxtəlif olkələrində keçirilən bayramdır.
Tarixi: Bu günün bayram olaraq qeyd edilməsinin tarixi Roma kilsəsinin qurulması ilə bağlıdır. Bu günü hz. İsa peyğəmbərin anadan olması ilə əlaqələndirmək yanlış iddiadır. Hz. İsa peyğəmbərin doğum günü iddialara görə dekabırın 24-nə təsadüf edir və əsasən katoliklər olmaqla xristian inancında olanlar bu günü milad bayramı kimi qeyd edirlər. Hansı ki, miladi təqvimi ilə kilsənin qurulduğu gün yanvar ayının biri yəni ilin ilk günü olaraq qəbul edilmişdir. Və hər ilin bu günü kilsə bayramı olaraq keçirilməyə başlanmışdır. Avropanın təsirində olan digər xristianlarda bu günü bayram olaraq qeyd etməyə başlamışlar. Daha sonralar Avropada (fransanın mədəni təsiri altında olan rusiyada) kilsə hakimiyyətini hüquqi olaraq itirdikdən sonra hakimiyyətə gələnlər kilsə düşməni olsalar belə bu şənlikdən və kef məclislərindən imtina edə bilməmişlər və şənlənmək ən-ənəsi davam etdirilmişdir. Kilsə bayramı zamanla bir yanvar ya da yeni il bayramı adı altında keçirilmişdir. Günümüzdə də bayramın əmələ gəlməsinin kilsə ilə bağlantıları inkar edilməklə ya da qabardılmamaqla sadəcə təqvim dəyişməsi olaraq dünyəvi bir bayram kimi qeyd edilir.
Qışın gəlişinin bayram olması: Qışın gəlişinin bayram kimi keçirilməsi insan oğlunun təbiyyətinə və düşüncəsinə ziddir. Çünki, keçmişdə insanların yaşam şəraiti, məişət durumu günümüzdəki kimi təminatlı olmamışdır. Ağır şərtlərdə və təbiyyətlə daha yaxın təmasda, iç-içə yaşayan insan üçün qışın gəlməsi aclıq, soyuqdan donmaq və başqa həyati təhlükələr yaradan əlavə çətinliklər yaratdığından insan oğlu qışın gəlişinə sevinə bilməz. Qışın gəlişinə sevinənlər yalnız o millətlər (tayfalar, qəbilələr) ola bilər ki, onlara ziyan vuran, onlarla savaşan düşmən qışın gəlişi nəticəsində savaşmaqdan əl çəkib geri çəkilələr. Qışın gəlməsi ilə hücum edən, düşməni mühasirədə saxlayan ordunun geri çəkilməsi örnəkləri tarixdə vardır.
Şaxta baba, maralları və qarqız: Şaxta baba müsəlmanlar arasında tanınmış, dara düşənə yardım edən, bir an içində dünyanınhər yerinə gedə bilən, Allahın rəhmi ilə ölümsüzlüyə ulaşan, mübarək adam olan Hızır Ataya qarşı uydurulmuş kilsə bayramının (yeni il bayramının) obrazıdır. Şaxta baba adı verilən bu adam ölümsüzdü, dünyanın hər yerinə maralları qoşulan faytonu ilə gedə bilir, hamıya, özəliklə uşaqlara hədiyyələr paylayır, sülhü, insanlığı sevir. Marallarda hz. Məhəmməd peyğəmbər (s.a.s) miraca (mehraca) çıxdığı zaman mindiyi burak adlı miniyə (hansı məxluq olduğu bilinir) qarşılıq ortaya qoyulan obrazdı. Qarqız isə daha sonralar, kilsə hakimiyyətini itirdikdən sonra bu bayrama əlavə edilmiş qadın obrazıdı (bahar qız kimi). Çox güman ki, feminizm hərəkatı ortaya atıldıqdan sonra qadın haqlarını təmsil etmək üçün yeni il bayramına əlavə edilmişdir.