Hər bilgini əhatə edən bitig
Adı: Bip.
Tətbiqi: Ani ismarıc (mesaj) yazmaq və ünsiyyət qurmaq üçün proqram.
Şirkət: Türkcell.
Ölkə: Türkiyə.
Veb saytı: https://bip.com/tr.
Haqqında digər bilgi:
Bip Türk mühəndisləri tərəfindən hazırlanmış pulsuz ünsiyyət və xəbərləşmə platformasıdır. Bütün verilənlər bazası və məlumatların saxlanılması mərkəzi Türkiyə cümhuriyyətində yerləşməkdədir.
Bip proqramını rəsmi saytına (https://bip.com/tr/indir) daxil olaraq həm telefona, həm də bilgisayara bip yükləmək mümkündür. Bundan başqa bip proqramını AppStore, GooglePlay, AppGallery və digər platformalar üzərindən də yükləmək olar. Əlavə olaraq https://web.bip.com saytını tarayıcıda (brovzer, browser) açaraq bipdən istifadə oluna bilinir. Onlayın dərslər və iclaslar keçirmək üçün isə (bip mitinq) https://www.bipmeet.com saytında müvafiq xidmət vardır.
Proqram vasitəsi ilə iki nəfər və toplu şəkilində video görüntülü və səsli zəng etmək və danışmaq, ismarınc yazmaq mümkündür. Bundan başqa Bip proqramında, ismarıncları ulduzlayaraq yadda saxlamaq, oyun oynamaq, müxtəlif bilgilər almaq, kanal qurmaq, hansısa kanala abunə olaraq izləmək, adi sms qəbul etmək, yazmaq, gələn mesajları öz dilinə çevirmək, zamanlı ismarınc (təyin edilən vaxtan sonra ismarınc silinir) göndərmək və başqa onlarla funksiyalar mövcuddur. Bip proqramının ayarlarından birbaşa çevri ayarını müəyyən edərək, gələn ismarıncların hansı dildə olmasından asılı olmayaraq gəldiyi zaman təyin olunan dilə (öz dilinə) çevrilməsini təmin etmək olur.