Arama
Biomüxtəliflik və ya bioloji müxtəliflik

Adı: Biomüxtəliflik.

İlgili: Təbiyyət, ətraf mühit və ekologiya.


Haqqında digər bilgi:

Biomüxtəliflik və ya bioloji müxtəliflik, müəyyən edilmiş bir bölgə, ərazi və ya ölkə sınırları içində müxtəlif canlıları və onların münasibətini ifadə edən anlayışdır.

Bioloji Müxtəliflik haqqında Konvensiyanın 2-ci maddəsində biomüxtəlifliyin tərifi bu cür verilir: “Bioloji müxtəliflik bütün mənbələrdə əmələ gələn canlı orqanizmlərin rəngarəngliyi, o cümlədən onların bir hissəsi olduqları yerüstü, dəniz və digər ekosistemlər və ekoloji komplekslər və s. deməkdir; bu məfhum növ çərçivəsində, növlər arasında müxtəlifliyi və ekosistemlərin müxtəlifliyini ehtiva edir”.

Biomüxtəliflik yalnız bütün ekosistemlərin, növlərin və genetik materialın toplusundan ibarət deyil. O, daha çox onların daxilində və arasında olan müxtəlifliyi ifadə edir. Bu, ekosistemlərin maddi komponentlərinə aid olan “bioloji resurslar” ifadəsindən fərqlidir. Bioloji resurslar həqiqi varlıqlardır (xüsusi quş növləri, tarlada yetişdirilən buğda növü, palıd ağacı, və s.), bioloji müxtəliflik isə daha çox həyatın atributudur (quş növlərinin dəyişkənliyi, dünya üzrə buğdanın genetik dəyişkənliyi, meşələrin növləri, və s., https://biodiversity.az/az/about/).

Azərbaycan Ekologiya və təbii sərvətlər nazirliyinin verdiyi rəsmi məlumata görə (http://eco.gov.az/az/azerbaycanin-florasi), Azərbaycan flora növlərinin ümumi sayına görə Cənubi Qafqazın ən zəngin ölkəsidir. Burada rast gəlinən bitki növləri Cənubi Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir.

Azərbaycan üçüncü dövrə aid olan relikt cinslərlə də zəngindir ki, bunların nümayəndələrinə bütün zonalarda, xüsusilə güney bölgələrdə daha çox rast gəlinir. Dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, bigəvər, şümşad və s. misal göstərmək olar.

Azərbaycanda 240 endemik, yəni dünyanın başqa yerlərində rast gəlinməyən bitki növü mövcuddur ki, bu isə ümumi floranın 6%-nə qədərini təşkil edir. Dünyada əsasən, okean adaları, təcrid edilmiş dağ vadiləri endemik növlərlə daha zəngindir. Məsələn, Müqəddəs Yelena adasında floranın 85 %-i, Qalapaqos adalarında isə 97 %-i endemikdir. Baykal gölünün flora və faunasının 75%-i endemikdir.

Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?