Arama
Bilgisayar (kompüter)

Adı: Bilgisayar (kompüter).

Tətbiqi: Bilgi emalı.


Haqqında digər bilgi:

Bilgisayar (kompüter), öncədən verilmiş əmirlərə uyğun olaraq iş görən və ya işin görülməsi üçün bilgiləri emal edən qurğudur. Əmirlərin verilməsi üsuluna görə bilgisayar mexaniki, elektrik və rəqəmsal olur.

Mexaniki və elektrik bilgisayarlarda əmirlər, icra olunacaq işə uyğun olaraq hazırlanmış mexanizm və ya sxemlər əsasında verilir. Örnəyin, mexaniki zəngli saatlar bəsit mexaniki bilgisayarı, elektrik açarları isə bəsit elektrik bilgisayarı hesab oluna bilər. Belə ki, zəngli saata onun zəng çalmaq işini görməsi üçün öncədən hazırlanmış mexanizmi vasitəsi ilə əmr verilir.

İşin görülməsi üçün bilgilərin emal edilməsi məqsədi ilə əmrlərin hazırlanması isə proqram təminatı vasitəsi ilə icra edilir. Rəqəmsal bilgisayarların “beyin” (prosessor) deyilən elementinə ikilik say sistemi ilə kodlaşdırılmış əmirlər daxil edilir. Sonra bu əmirlər üzərində çalışacaq və ikilik say sistemi ilə kodlaşdırılması vacib olmayan yeni əmrlər hazırlanır. Buna bilgisayar yazılımı və ya proqramı deyilir. Proqramın işləyə bilməsi üçün ilkin verilənlərin, yəni, emal edilməsi istənilən bilgilərin daxil edilməsi vacibdir. Proqram özü isə ikilik say sistemi ilə kodlanmış ilkin əmrlər üçün verilənlər bazası rolunda çıxış etməkdədir. Örnəyin, bilgisayarda yazı yazmaq üçün hazırlanmış bir proqram klavaturda fiziki olaraq üzərində tıkladığımız bir hərifi görsəl (vizual) olaraq göstərməsi, yazdığımız yazının rəngini, ölçüsünü dəyişdirməsi və yazı ilə əlaqədar başqa məsələləri həll edir. Bu proqram üçün ilkin verilənlər bizim yazdığımız yazı, yazıya tətbiq etmək üçün seçdiyimiz rəng, ölçü və başqa bu kimi şeylərdir. Yazı yazmaq üçün olan bu proqram isə ikilik say sistemi ilə kodlaşdırılmış əmirlərə görə çalışır. Proqramın nə edəcəyi (yazının rəngisi, ölçüsünü və başqa şeyləıri müəyyən etmək) isə ikilik say sisteminin verilənlər bazasıdır. Bu gün telefon, bilgisaray və bu kimi qurğular rəqəmsal bilgisayarlar hesab olunur.

Bilgilərin emal edilməsi üçün əmirlərin verilməsi və şərtlərinin müəyyən edilməsi ardıcıllığı isə alqoritm adlanır. Alqoritm sözü böyük alim Əl-Xarizmin adının təhrif edilmiş şəklidir. Böyük alim Əl-Xarizm əmirlərin verilməsi və verilmə istiqamətinin şərtlərini ilk dəfə müəyyən edərək sonradan bilgisayarların proqram təminatının əsası olacaq məsələnin həlli ardıcıllığını kəfv etmişdir.

Bilgisayara verilənlər bazasını daxil etmək üçün istifadə olunan qurğu daxil edici qurğular (klavatur, skaner, qr kod oxuyucu, müasir bilgisayarlarda ekran və başqa), emal olunan bilgini başqa bilgisayarlara ötürmək üçün istifadə olunan qurğular ötürücü qurğular (şəbəkə cihazları, modem, blutus və başqa), emal edilmiş bilgiləri başqa bilgisayarlara ötürmədən nəticəni göstərən (kağız üzərində və vizual) qurğular isə xaric etmə qurğuları (printer, ekran) adlanır.

Yazar: Şükür Məhişoğlu Oxunma: 163 Bölmə: Texnologiyalar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?