Arama
Berke kan

Adı: Berke.

Atası: Cuci.

Doğum ili: Bilinmir (təxminən 1226-1236-cı illər arasında).

Görəvi: Quzey elinin (Altun orda) kanı.

Görəv sürəsi: 1256 (1257)-cı ildən 1266-cı ilə kimi.

Milliyəti: Türk.

Ölüm ili: 1266-cı il.


Haqqında digər bilgi:

Berke kan (xan, han) İslamı ilk qəbul edən Türk kanlarından və dövlət adamlarından biri olmuşdur. Berke kanın (xan) islamı qəbul etməsində Şeyx Nəcməddin-i Kübranın xəlifələrindən olan Seyfəddin Baharzinin böyük rolu olmuşdur.

Berke kanın gəncliyi haqqında az məlumat var. 1246 və 1251-ci illərdə əmisi Ögedey oğlu Güyük və digər əmisi Tuluyun oğlu Mengünün kakan (xaqan, hakan) olduqları qurultaylarda iştirak etdi və səyləri ilə bəzi daxili mübahisələrin savaşa çevrilməsinin qarşısını aldı. Sertak və Ulakçının qısa hakimiyyətindən sonra 1256-cı ilin sonunda Türk kakanlıqının Quzey elinin (Qızıl Orda) kanı oldu.

Litva və Polşanın fəthinə başladı, müqəddəs Domierz qalası dağıtdı, Krakov qalası və bəzi qalalar ələ keçirildi. Bu vəziyyət qarşısında Kral Utancaq Boleslas Macarıstana sığınmalı oldu. Digər tərəfdən də Rusiya Knyazlığı ilə dostluq vergi məsələsi üzündən baş verən qiyamlara görə pozuldu. 1259-cu ildə Novgorad Rostov, Suzdal və Yaroslav kimi şəhərlərdə üsyanlar dərhal yatırıldı. Knyaz Yaroslav oğlu Aleksandr Berke kanın üstünlüyünü qəbul etdi.

Bizansa aldanan İzzəddin Keykavusu həps etdirən Bizans hökmdarı Mixayıl VIII Palaiologosun özünün komandanlıq etdiyi qüvvələri Bolqar Çarı Tesin iştirakı ilə məğlub edildi. Cuci ailəsindən olan Noyan (Nogay) başbuğu, İzzəddin kanı və ailəsini xilas etdii. Şərəflə qarşılanan və hörmət görən İzzəddin, Orbay katunla evləndi. Solhad və Suğdakın gəliri ona ayrıldı. Ceneviz mənbələrində deyilənlərə görə İzzəddinə Kefedə bir saray verildi.

Türk kakanı adından birlikdə fəaliyyət göstərən iki dövlət, Hülaki kanın Berke kana qarşı çıxması ilə rəqabətə girdi. Hülaki kan 1263-cü ildə baş verən müharibədə ağır məğlubiyyətə uğradı. Bu xəbər İslam dünyasında böyük sevinc yaratdı. Berke kan bir çox insanın döyüş meydanında öldüyünü öyrəndikdə kədərini "Türkləri Türklərin qılıncıyla öldürən Hülakini Allah utandırsın" deyərək dilə gətirdi.

Berke kan 1266-cı ildə vəfat etdi. Berkenin cənazəsi törəyə uyğun olaraq başkəndə aparıldı və burada dəfn edildi. Batunun nəvəsi Mengü Timur kan Quzey elinin kanı oldu.

Berke kan, Qurani-Kərimin tədrisi üçün məktəblər açılmış, sarayda imamlar və müəzinlər saxlamış və alimlərə himayədarlıq etmişdir.

Sarây-ı Berke adlı şəhər tikdirmişdir. Orta əsrlərin ən böyük səyyahı İbn Battuta və bir çox Qərb səyyahı bu şəhər haqqında ətraflı bilgi vermişlər. Sarây-ı Berke'nin dəqiq yeri bu gün təyin olunmayıb.

Berke kan
Diriliş Ərtuğrul filimində Berke kan obrazı.
Berke kan
Rəsim əsəri.
Yazar: Şükür Məhişoğlu Oxunma: 365 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?