Arama
Bərat və ya bəraət gecəsi (qəndili)

Söz: Bərat (Bəraət) gecəsi.

Söz anlamı: Pisliklərdən, günahlardan qurtulmaq gecəsi.

Dil kökəni (mənşəyi): Ərəb dili

Ərəb əlifbası ilə və dilində yazılışı: .ليلة منتصف شعبان

Vatı: Şaban ayının 14-cü günündən 15-ci gününə keçən gecə.

Dini bağlılığı: İslam dini.

Dini əhəmiyyəti: Bu gecə Qurani-Kərim Lövh-i Mahfuzdan dünya səmasına endirilmişdir..


Haqqında digər bilgi:

Bərat (Bəraət) gecəsi, İslam dinində kutsal olaraq qəbul edilən gecələrdən birinin adıdır. Şaban ayının 14-cü günündən 15-ci gününə keçən gecədir. Bərat yaxud Bəraət sözü qurtulmaq anlamını verən Ərəb sözüdür. Bu gecə buna görədə pisliklərdən, günahlardan qurtulmaq gecəsi olaraq anılmaqdadır. Türk kakanı II Səlim dönəmində minarələr arasında çəlikən kəndirdən asılan qəndillərin yandırıldığı zamandan sonra qəndil adını almışdır.

Bu gecə Qurani-Kərim Lövh-i Mahfuzdan dünya səmasına endirilmişdir. Buna inzal deyilməkdədir. Dünya səmaslndan isə Qurani-Kərim ilk kəz qədir gecələrində Peyğəmbərə (s.a.s) hissə-hissə endirilmişdir ki, buda tənzil adlandırılır.

Peyğəmbər (s.a.s) hədislərinə dayanaraq Müsəlmanlar bu gecənin mübarək gecə olması və Allaha olunan duaların bu gecə qəbul olunacağına inanırlar.

Hədislərdən bəziləri bunlardı.

İbn Mace söyləmişdir ki, Peyğəmbər (s.a.s) belə buyurmuşdur: Şaban ayının on beşinci gecəsini ibadətlə keçirin, gündüzündə isə oruc tutun. Çünki, Uca Allah bu gecə dünya səmasına rəhməti ilə təcəlli edir və Yoxdurmu tövbə edən ki, tövbəsini qəbul edim. Yoxdurmu ruzi istəyən ki, ruzisini verim. Yoxdurmu şəfa istəyən ki, şəfa verim. Başqa istəyi olan yoxdurmu ki, ona istədiyini verim.

Həzrət Aişə xanım Peyğəmbərimizin (s.ə.s) belə buyurduğunu söyləmişdir: Allah Təala şaban ayının on beşinci gecəsi dünya səmasını rəhmət, məğfirət və lütfləri ilə doldurar. Kəlb qəbiləsinin qoyunlarının tüklərinin sayından çox insanı bağışlayar.

Muaz ibn Cəbəl Peyğəmbərimizin (s.ə.s) belə buyurduğunu söyləmişdir: Allah Təala Şaban ayının on beşinci gecəsi rəhmət və məğfirət edər. Peyğəmbərimiz (s.ə.s) Həzrət Aişəyə xanıma, bu gecədə (şaban ayının 15-ci gecəsi) nələr olduğunu bilirsənmi? deyə soruşmuş, ardınca da bu gecədə il ərzində kimlərin doğulub və öləcəyi yazılır (Lövhi-məhfuzdan siyahısı çıxarılır), saleh əməllər mələi-əlaya yüksəldilir, maddi-mənəvi ruzi-bərəkət endirilir demişdir.

Qaynaqlara gör Həzrət Ömər (r.a), Abdullah ibn Məsud (r.a) kimi səhabələrdə bu gecəni dualar oxuyaraq keçirirmişər.

Yazar: Şükür Məhişoğlu Oxunma: 988 Bölmə: Din
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?