Arama
Bazarçay çayı

Adı: Bazarçay (Bərgüşad) çayı.

Başlanğıcı: Kəlbəcər ilçəsi.

Uzunluğu: 170 km.

Olduğu yer: Kəlbəcər və Zəngəzur eli.

Keçdiyi ölkələr: Hayıstan və Azərbaycan.

Təmizlik durumu: Yaxşı.


Haqqında digər bilgi:

Bazarçay çayı, Azərbaycanın Kəlbəcər ilçəsindən başlanğıcın (38 S, 572483.34 d D, 4413350.48 m K) götürən, indiki Hayıstan (Ermənistan) ərazisi hesab olunan Zəngəzur elindən öncə az məsafədə batı, daha sonra güney istiqamətində uzanaraq keçən, daha sonra doğu istiqamətinə dönərək indiki Azərbaycanın Qubadlı ilçəsi ərazisindən başlayaraq güneyə tərəf axaraq, Zəngilan ilçəsi ərazisində (38 S, 658456.48 d D, 4333835.37 m K) Araz çayına tökülən çaydır. Mənbəyi 3088 metr yüksəklikdə yerləşir.

Bazarçay çayında su, əsasən (təxminən 55%) yeraltı, (təxminən 35%) qar və (təxminən 10%) yağış suların hesabına ortaya çıxmaqdadır (formalaşmaqdadır). Yaz aylarında çayda daşqınlar olur. Əmələ gələn suyun 45%-i yazda, 25%-i yayda, 18% faizi payızda və 12%-i qışda axır. Çayda su sərfi 17 m3/saniyə ilə 19 m3/saniyə arasında dəyişir.

Bazarçay çayı
Bazarçay (Bərgüşad) çayının xəritəsi
Yazar: Şükür Məhişoğlu Oxunma: 19 Bölmə: Coğrafiya
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?