Arama
Bakının işğaldan azad olunması günü

Adı: Bakının işğaldan azad olunması günü.

İşğalda saxlayanlar: Hay (Erməni) birlikləri (daşnaqlar və kommunistlər), bolşevik-kommunist Rusiyası, İngilis ordu birlikləri.

İşğaldan azad edənlər: Osmalı və Azərbaycan Türk dövlətləri.

Tarix: 15 sentyabr 1918-ci il.

Ordu: Anadolu və Azərbaycan Türklərindən təşkil olunmuş Osmanlı dövlətinə bağlı Qafqaz İslam Ordusu.

Ordu başçısı: Nuru paşa.


Haqqında digər bilgi:

Bakının işğaldan azad olunması günü, Qafqaz İslam ordusu tərəfindən 15 sentyabr 1918-ci il tarixdə Bakı şəhərinin Hay (Erməni) birlikləri (Sentrokaspi diktaturası-daşnaqlar və Bakı komunası-kommunistlər), bolşevik-kommunist Rusiyası və İngilis ordu birliklərindən azad olunması günüdür.

Sovet Rusiyası hələ 1917-ci ildən başlayaraq hayları silahlandırırdı. Bolşevik Rusiyası rəhbərliyi keçmiş çar əsgər və matroslarını silahlarını daşnaqlara və hay milli şurasına təhvil verməyə, ya da silahla birlikdə onların tərəfinə keçməyə çağırırdı. Bu çağrışın nəticəsində haylar və Bakı şəhərinin xiristian icması o dönəm üçün müasir hesab olunan kifayət qədər silah, sursat, zirehli texnika (o cümlədən zirehli qatar) və hərbi hidrotəyyarələr əldə etmiş oldular. Silahlandıqdan sonra Bakı şəhərində bolşevik-kommunist Rusiyasının dəstəyi ilə 1918-ci ilin mart ayının 30-31-də Stepan Şaumyan və dəstəsi tərəfindən Bakı və ətrafında yaşayan Türklərə və müsəlmanlara qarşı hidrotəyyarlər və topların iştirakı ilə soy qırım həyata keçirdilər. Milliyyətçə hay olan Stepan Şaumyanın rəhbərlik etdiyi dəstə Bakı şəhərində Bakı komunası adlı oyuncaq hökümət qurdular. Sovet Rusiyası bundan sonra da dəstək verməyə davam etdi. Hərbi təlimatçılar göndərməkdən tutmuş, maliyyə yardımına (30800000 rubl), daha uzaq məsafəyə uça bilən Saritsın şəhərindən göndərilmiş aeroplanlara, həştərxandan göndərilən böyük miqdarda silahlara qədər bolşevik Rusiyası Bakıdakı haylara və xristianlara yardım və dəstək verirdi. İdeoloji olaraq kommunist-bolşevik olmasalarda Rusiyanın Şaumyana dəstək verdiyi üçün Şaumyana qarşı çıxa bilməyəcəklərini anladıqlarından digər qruplarda (daşnaqlar, menşeviqlər və digərləri)Şaumyana tabe oldular. Rusiyanın başçısı Lenindən aldığı əmirləri icra etməklə görəvli olan bu oyuncaq hökümət Leninin əmirləri əsasında Azərbaycanın digər bölgələrində (Quba, Şamaxı, Şirvan, Göyçay və başqa) də soy qırımları həyata keçirməyə başladılar.

Bunun qarşısını almaq üçün Osmanlı dövləti yeni qurulmuş Azərbaycan Cümhuriyyəti ilə birlikdə hərəkətə keçdi. Anadolu və Azərbaycan Türklərindən təşkil edilmiş, rəhbərliyi Nuru paşaya tapşırılan Qafqaz İslam ordusu adlı qoşun birliyi quruldu və Azərbaycana göndərildi. Azərbaycana həm Qazax-Gəncə istiqamətindən həm də Naxçıvan-Qarabağ istiqamətindən daxil olan Qafqaz İslam Ordusu Azərbaycan ərazilərində qırğınları dayandıra dayandıra Bakıya doğru irəliləyirdi. Bolşevik-kommunist hayların adına Bakı komunsı dedikləri oyuncaq hökümətin orusun isə ən böyük məğlubiyyətini Göyçay şəhəri yaxınlığında aldı (1 iyul 1918-ci il tarixdə, Şamaxıya qədər olan ərazilər düşməndən təmizləndi). Türklərin bütün müqavimətləri qıraraq Bakıya yaxınlaşması və məğlubiyyətlər Bakıdakı hayların içində ixtişaş yaradırdı. Birlikləri pozulurdu. Lenin başda olmaqla bolşevik Rusiyasıda Türklərin Bakıya girişinin qarşısını almaq üçün hər yola əl atırdı. Bu məqsədlə onlar Almaniya ilə danışığa getdilər. Danışıqlar nəticəsində Ruslar Almanlarla, Kür çayından quzeydə olan torpaqların sovet Rusiyası tərkibinə qatılması, Kürdən quzey tərəfə üçüncü dövlətin müdaxiləsinə Almaniyanın yol vermiyəcəyi və onun əvəzində Azərbaycan neftinin yarısının Almaniyaya verilməsi şərtlərini içərən "Brest-Litovsk Müqaviləsinə əlavə" adı sənəd imzaladılar. Beləliklə, Almaniya öz müttəfiqi olan Türklərə də xəyanət etmiş oldu.

Bolşeviklərlə fərqli düşüncədə olan menşeviq və daşnaq haylar həm sovet Rusiyasından canlarını qutarmaq, həm də Türklərin qarşısını almaq məqsədi ilə gizlicə İngilislərə sövdələşməyə getdilər. Bakı şəhərində Bakı komunasının əlindən səlahiyyətlərini aldılar və üzvlərin tutdular. Daşnaq və menşeviklər 1 avqust 1918-ci il tarixdə Bakı şəhərində Sentrokaspi Diktaturası adlı İngilislərə tabe olan oyuncaq hökümət qurdular.

Bundan sonra polkovnik C.B.Stokesin rəhbərlik etdiyi 44 nəfərlik İngilis birliyi avqust ayının 4-də gəmi vasitəsi ilə Bakı şəhərinə daxil oldu. Daha sonra polkovnik R.Keyvorz, avqust ayının 17-də isə İngilis general-mayor Çarlz Lionel Denstervil Bakı şəhərinə gəldi. İngilislərin özləri ilə gətirdikləri canlı qüvvə və maddi-texniki təminat belə Bakının işğaldan azad edilməsinə mane ola bilmədi. Avqust ayının 24-dən etibarən Bakı şəhərini mühasirəyə almış Türk qüvvələri nəhayət 15 sentyabr tarixdə Bakı şəhərini düşməndən tamami ilə azad edə bildi.

Azərbaycanda sovet hakimiyyəti dağıldıqdan sonra hər il bu gün Bakı şəhərinin işğaldan azad edilməsi günü kimi təntənəli şəkildə qeyd olunur. 2018-ci ildə, bu günün 100 illik il dönümü hərbi paradla qeyd edilmiş, hərbi paradda Azərbaycan Cumhurbaşqanı cənab İlham Əliyev ilə yanaşı Başkan Rəcəb Tayyib Ərdoğanda iştirak etmişdir.

Bakının işğaldan azad olunması günü
İngilislərin Türklərə qarşı istifadə etdikləri Martinsyde G.100 qırıcı aeroplanı.
Bakının işğaldan azad olunması günü
Türk topçuların düşmən mövqelərinə zərbə endirməsi.
Bakının işğaldan azad olunması günü
Düşmən işğalından azad edildikdən sonra 16 sentyabr tarixdə Bakı şəhərində Türklərin fəxri keçidi.
Bakının işğaldan azad olunması günü
Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr edilmiş hərbi təntənəli keçiddə: Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev cənabları.
Bakının işğaldan azad olunması günü
Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr edilmiş hərbi təntənəli keçid.
Yazar: Şükür Məhişoğlu Oxunma: 30 Bölmə: Tarix
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?