Arama
Babək Hürrəmi (Xürrəmi)

Adı: Həsən.

Ləqəb adı: Babək Hürrəmi (Xürrəmi).

Doğumu: təxminən 795 ya da 798-ci illər.

Doğum yeri: təxminən Ərdəbil yaxınlığındakı Bilalabad kəndi.

Ölümü: 4 yanvar 838-ci il.

Ölüm səbəbi: Edam.

Ölüm yeri: Samira şəhəri.

Atası: təxminən Abdulla və ya Mutəhərrin.

Anası: təxminən Fatimə.

Soyu: təxminən Fatimiyə.

Milliyyəti: Fars.

İnancı: Hürrəmi inancına.

İşi: Bizansın yardımı ilə üsyan etmək.

Bayrağı: Atəşin simqəsi olan qırmızı bayraq.


Haqqında digər bilgi:

Babək, Hürrəmi inancına mənsub olan, əsasən fars kökənli insanların İslam dövlətinə (İslam xilafəti, Abbasilər dönəmi) qarşı başlatdıqları Hürrəmi üsyanının lideridir. Hürrəmilər məzdəkçilərin bir qolu kimi meydana çıxmış, atəşin simqəsi olaraq qırmızı bayrağı özlərinə bayraq olaraq seçmişlər. Atəşi simqələmək üçün qırmızı geyinir, yaxud başların qırmızı çalma bağlayırmışlar. Babək özündən öncəki Hürrəmi lideri kimi İslam dininə, İslam dövlətinə qarşı və Hürrəmilik inancını, o cümlədən Sasani-Fars dövlətini pərpa etmək üçün savaşmışdır. Ziya Bünyadov etiraf edərək bunu öz kitabında yazmışdır: "Babək Hürrəmi bütün ömrü boyu xilafətə qarşı vuruşaraq, Azərbaycanda islama qədərki dövrdə mövcud olmuş, bu və ya digər şəkildə zərdüştlük və zəzdəkiliklə bağlı qayda-qanunların bərpasına can atmışdı".

Babək haqqında olan ayrıntılı bilginin Baqid ibn Əmr ət-Təmiminin "Babəkin tarixi" kitabında olduğu iddia edilməkdədir. Bu kitab günümüzə gəlib çatmamışdır. Belə bir kitabın olduğunu Ərəb tarixçisi İbn İshaq ən-Nədim özünün "əl-Fehrist" əsərində qeyd etmişdir. Babəklə ilişgili olan ayrı-ayrı hadisələr haqqında Əbu Hənifə əd-Dinavər özünün "Əxbar-ət tival" əsərində, Təbəri özünün "Tərix ər-rüsul vəl-müluk" əsərində, İmadəddin ibn-Kəsir özünün "Əl-bidayə vən-nihayət" əsərində, Nizamü’l-Mülk hz özünün “Siyasətnamə” əsərində, Məsudi özünün "Müruc-əz-zəhəb" əsərində və digər tarixçilər öz əsərlərində müəyyən bilgilər vermişlər.

Qaynaqların verdiyi bilgiyə görə Babək təqribən 795 ya da 798-ci ildə Ərdəbil yaxınlığında Bilalabad kəndində kasıb bir ailədə dünyaya gəlmişdir. Babəkin əsil adının Həsən olduğu iddia edilməkdədir. Babək adı isə ona Hürrəmilərin başçısı olduqdan sonra verilən ləqəbdir və fars dilindən tərcümədə gənc lider ya da yol göstərən qapı anlamı ifadə etməkdədir.

Bəzi qaynaqlara (Əbu Hənifə əd-Dinavər) görə isə Babək Əbu Muslimin qızı Fatimənin oğlu Mutəhərrinin öğullarından biridir. Bəzi qaynaqlarda isə atasının, bəzilərdə isə qardaşının adının Abdulla olduğu yazılır. Ərəb tarixçilərinin bəzilərinə görə Bəbəkin atasının kim olduğu bilinmir. Bir rəvayətə görə atası yağ satmağa gedərkən öldürülmüş və Babək qardaşı Abdulla ilə yetim qalmışdır. Kənddə anasına kömək edtməklə gün keçirirmiş. Rəvayətə görə Hürrəmilərin başçısı olan Cavidan ibn Sührək çovğuna düşdüyü üçün Bilalabad kəndində, təsadüfən Babəkin evində gecələləmişdir. Babəkin ağıllı və fərasətli olduğu görüb, onun anasına pul verərək Babəki özü ilə Bəzz qalasına aparmışdır. Bundan sonra Babək Hürrəmilərin bir nəfəri olaraq fəaliyyət göstərmişdir. Bu müddət ərzində Cavidanın arvadı ilə eşq yaşamışdır. Cavidan Hürrəmilərdən biri olan Əbu İmran adlı hürrəmi ilə başçı olmaq üstündə silahlı savaşa girmiş, savaşda Əbu İmranı öldürsədə özüdə aldığı yaradan üç gün sonra ölmüşdür. Cavidanın arvadı, ölmüş adamın ruhunun başqa birinə keçməsinə (tenasühə) inanan hürrəmiləri, Cavidanın ruhunun Babəkə keçdiyinə inandırmış (Cavidanın vəsiyyəti) və özüdə Babəklə evlənmişdir (Ət-Təbəri, əl-Məsudi, İbn əl-Əsir və başqa tarixçilər). Bundan sonra Babək hürrəmilərin başçısı olmuşdur.

Bütün fəaliyyəti boyunca İslam dininə və dövlətinə qarşı mübarizə aparmış, Sasaniliyi və inancı olan məzdəkçiliyin bir qolu olan hürrəmiliyi geri gətirmək üçün 20 il ərzində savaşmışdır. Babək İslama qarşı apardığı bu savaşlarda Bizans imperatoru Feofildən (829–842) çox güclü hərbi və maliyyə dəstəyi almaqda idi. Bizans imperiyası İslam dininin və İslam dövlətinin məhv olması üçün Babəkdən heç nə əsirgəmirdi. Əslində hürrəmilərin dağıdılması və Babəkin tutulması daha tez mümkün olardı. Belə ki, 833-cü ildə Həmədan döyüşündə məğlub olan hürrəmilər qaçaraq bizansa sığınmışlar. Qaçanlara keçmiş sasani şahzadə Nasr adlı əsailzadə başçılıq edirmiş. Bizans tarixçisi Kontinuatus Feofanesin yazdığına görə Nasrı Bizans imperatoru qəbul etmiş, xaç suyuna çəkmiş, ona “Tanrıdan qorxan” anlamını verən Teofob adını vermişdir. Qaynaqlara görə Nasır imperatorun qızı ya da xalası ilə evlənmişdir. Bizans ordusunda genral rütbəsi alan Nasr Teylorun yazdığına görə qaçıb gələn hürrəmilərdən ibarət təşkil olunmuş qoşunua başçılıq etmişdir. Nəhayət, bizansın bu hərtərəfli dəstəyinə baxmayaraq Türk başbuğu Akşinin (Afşinin) rəhbərlik etdiyi Türk-İslam qoşunları Babəkin bu fəaliyyətini 837-ci ildə dayandıra bildi və özünüdə tutaraq vaxtı ilə Türk başbuğları üçün tikdirilmiş Samirə şəhərinə apardılar. Babək etdiklərinin cəzası olaraq 838-ci ildə Samirə şəhərinə edam edildi. Bundan sonra Bizans ona qaçıb sığınan Nasrın rəhbərlik etdiyi qoşunlarda daxil olmaqla 40 minlik qoşunla İslam dövlətinə hücum etmiş 21–22 iyul 838-ci il tarixində baş vermiş Əncan (Anzen) döyüşündə İslam dövlətinin qoşunları ilə qarşılaşmışdır. Üstünlük bizansın tərəfində olsada Türk başbuğu Akşinin rəhbərlik etdiyi Türk-İslam qoşunları və oxçu birlikləri Bizans-Hürrəmi qoşunlarını məhv edərək onları məğlub etmişdir.

Babəkin ölümündən sonra Hürrəmilərn böyük hissəsi Bizans sərhədləri daxilinə köç etmilər. Geridə qalan hürrəmilər isə inanc baxımından yeni Babəkiyyə və Mazyariyyə (Üsyanda hürrəmilərin bir qisminə başçılıq etmiş və tutularaq edam olunmuş Mazyar adlı şəxsə nəzərən) qollara ayrılmışdır. Babəkiyyə inancına görə Babək beyğəmbərdir, Mazyariyyə inancına görə isə Babək, tanrının hülul etməsi üçün istifadə etdiyi cilitdir, bədəndir, dolayısı ilə Babək tanrıdır. Bu qollar sonrada ilk baxışdan İslamın bir məhzəbi təsürratı yaradan ancaq əslində İslama aidiyyatı olmayan bidətçi və batil təriqətlərin (batinilik, hürufilik, qaliyyə və digər) meydana gəlməsində özül rolunu oynamışlar.

Babəkin milliyyətinin Türk olması barəsində fərziyyələr irəli sürülsədə bir çox dəlillər bunun yanlış olduğunu göstərməkdədir. Belə ki, o dövürdə Türklər kəndlərdə deyil obalarda yaşayırdılar və bitgi yağı istehsalı Türklər üçün məşğuliyyət sahəsi deyildi. Babək isə oturaq kəndi ailəsində doğulmuş və ailəsinin məşğuliyyəti bitgi yağı istehsal edib satmaq idi. Digər tərəfdən Babəkin ləqəbi və mənsub olduğu Hürrəmi inancı onun Türk olmadığını, fars olduğunu isbatlayır. Hürrəmilik, hürrəmilikdən öncə olan məzdəkçilik heç vaxt Türklər arasında yayılmamışdır. Türklərin İslamdan öncə Tengri dininə mənsub olduqları üçün fars kökənli məzdəkçilik və hürrəmilik Türk milləti üçün yad bir düşüncə və həyat tərzi idi. Belə ki, heyvan ətini yemək və bir sıra qadağalar Türk həyat tərzi ilə heç vaxt uyğunlaşmayacaq düşüncə və qanunlar idi. Dövrünün tarixçiləri belə onun Türk deyil fars olduğunu və əsas məqsədi Sasaniliyi və Məzdəkçiliyi yenidən dirçəltmək olduğunu qeyd edirlər. Hətta Azərbaycan Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadədə Babəkin Türk olmadığını, fars olduğunu, inancının hürrəmi olduğu üçün Türklər arasında sevilmədiyini yazmışdır. Babəkin Türk olması ilə bağlı uydurmalar isə təxminən 37-ci ildən sonra meydana gəlmişdir. Fars-sovet tarixçiləri Azərbaycan Türklərinə Kürşad, Bilgə kakan, Fateh, Ərtuğrul, Səlcuq bəy, İltireş kakan, Oğuz kakan və digər qəhrəmanlarını unutdurmaq üçün onların əvəzinə Babəki uydurma qəhrəman olaraq təbliğ etmişlər. Hürrəmilərin namaz qıldıqlarını iddia edən qaynaqlara dayanaraq hürrəmilərində müsəlman olduğunu idda etmək tamami ilə yanlışdır. Belə ki, hürrəmilik, içində İslamın təhrif olunmuş qayda və ibadət formalarını barındıran məzdəkçiliyin bir qoludur. Məhz, içlərinə daxil etdikləri təhrif edilmiş İslam qaydaları və ibadət şəkilləri hürrəmiləri məzdəkçiliyin digər qollarından ayırır.

Babək Hürrəmi (Xürrəmi)
Babəklə Akşinin (Afşinin) görüşü təsvir edilmiş bir miniatur
Yazar: Şükür Məhişoğlu Oxunma: 356 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?