Arama
Azərsu Açıq Səhmdar Cəmiyyəti

Adı: Azərsu Açıq Səhmdar Cəmiyyəti.

Qurulma tarixi: 2004-cü il.

Qabağı: Abşeronsu.

Yenidən təşkili tarixi: 2023-cü il.

Davamı: İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxs


Haqqında digər bilgi:

Azərsu Açıq Səhmdar Cəmiyyəti (Azərsu ASC), istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edən, yağış sularını idarə edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir. Səhmdar Cəmiyyət suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil edir, tullantı sularının təmizlənməsini, yağış sularının kənarlaşdırılması işlərini həyata keçirirdi. Sutəmizləyici qurğuların, anbarların, nasos stansiyalarıın, su kəmərlərinin, kanalizasiya kollektorlarının layihələndirilməsi, inşası, istismarı ilə məşğul olur, onlara texniki xidmət göstərirdi.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 11 iyun 2004-cü il tarixli Sərəncamı ilə Abşeron Regional Səhmdar Su cəmiyyəti bazası əsasında qurulmuşdur. Şirkətin bütün səhimləri Azərbaycan Dövlətinə məxsusdur. Şirkət üzərində sərəncam vermək hüququ Azərbaycan Dövlətinin başçısına aiddir. Nəzarət isə Nazirlər Kabinetinə həvalə edilmişdir. 17 noyabr 2023-cü il tarixdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə çevrilmə yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxs kimi yenidən təşkil edilmişdir. Fərmana əsasın fəaliyyət coğrafiyası kiçildilmiş, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə məhdudlaşdırılmışdır.

Yazar: Şükür Məhişoğlu Oxunma: 321 Bölmə: Qurumlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?