Arama
Azərbaycanın yeraltı suları

Azərbaycan Respublikası ərazisində ən mühüm faydalı qazıntılardan biri də yeraltı sulardır. Onlar kimyəvi tərkibcə müxtəlif olub, təsərrüfatda içməli su təchizatında, müalicə məqsədi ilə və sənayedə istifadə edilir. Respublikada həmçinin dərin kəşfiyyat (2000-3000 m) quyuları vasitəsilə böyük istilik enerjisi mənbəyinə malik yüksək temperatur (60-1150 C) sular aşkar edilmişdir. Ərazidə suların müxtəlif tipli olmasına, onların yaranmasına və paylanmasına respublikanın təbii şəraitinin mürəkkəbliyi təsir göstərmişdir: Düzən rayonlarda müxtəlif litoloji tərkibli Mezazoy-Müasir Dövr yaşlı çökmə süxurlar çox böyük təsərrüfat, içməli, qrunt və artezian suları ehtiyatına malikdir. Qrunt suları demək olar ki, hər yerdə müasir çöküntülərdə rast gəlir. Dağətəyi zonalarda aktiv su mübadiləsi nəticəsində bu sular bir qədər dərində yerləşir. Onların minerallaşması 1q/l; kimyəvi tərkibi kalsiumlu-hidrokarbonatlıdır. Yüksək təzyiqli artezian hövzələri maili düzən sahələrdə antropogen, Abşeron və Ağçaqıl yaşlı süxurlarda (Gəncə, Qazax, Quba-Xaçmaz, Qarabağ, Şirvan və s.) samrat çöküntülərində (Naxçıvan MR) aşkar edilmişdir. Bu suların minerallaşması təqribən1q/l, kimyəvi tərkibi kalsiumlu-hidrokarbonatlıolub, şəhər və kəndlərin su təchizatında və sahələrin suvarılmasında istifadə olunur.

Azərbaycan Respublikasında 1000-dən artıq soyuq və termal mineral bulaq aşkar edilmişdir. Bu bulaqlar əsasında respublikada bir sıra sanatoriyalar (İstisu, Qalaaltı, Şıxburnu, Suraxanı və s.) və mineral su zavodları (İstisu, Sirab, Badamlı, Vayxır və s.) tikilmişdir. Respublikadakı mineral bulaqlar qaz tərkibinə görə karbon qazlı hidrogen-sulfidli, metanla, azotlu və radonludur. Karbon qazlı mineral sular Kiçik Qafqazda (İstisu, Şırlan, Turşsu) və Naxçıvan MR-da (Sirab, Badamlı və s.), hidrogen-sulfidli sular Abşeronda (Suraxanı, Şıxburnu), Talış zonasında (İstisu) və Böyük Qafqazın cənub-şərq yamacında (Çuxuryurd, Altıağac) azotlu sular Astara-Lənkəran (Meşəsu), Salyan (Babazənən), Masallı (Ərkivan) rayonlarındadır. Kəlbəcərdə Bağırsaq və Naxçıvan MR-da Qahab mineral suları radionludur. Bu suların duz tərkibinin əsasını natrium, kalium, kalsium, maqnezium kationları və hidrokarbonat, sulfat, xlor anionları təşkil edir. Onların temperaturu 35-900 arasında dəyişir. Respublikada sənaye əhəmiyyətli yodlu-bromlu sular (Abşeron yarımadasında, Neftçala, Salyan) yod, brom və başqa kimyəvi elementlər və duz istehsal olunur.

Mənbə: https://azerbaijan.az/

Yazar: Şükür Məhişoğlu Oxunma: 296 Bölmə: Təbiyyət
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?