Arama
Azərbaycanın palçıq vulkanları

Azərbaycan Respublikasında geniş yayılmışdır. Palçıq vulkanlarından başqa onların "pilpilə", "yanardağ", "bozdağ", "axtarma", "qaynaca", və s. yerli adları da var. Azərbaycan Respublikasında 220-dən çox palçıq vulkanlar var (Abşeron yarımadasında, Qobustanda, cənub-şərq Şirvan düzənliyində, Samur-Dəvəçi ovalığında, Abşeron və Bakı arxipelaqlarında). Ən böyükləri Qalmas, Torağay, Böyük Kənizdağ və s. Çoxlu kəsik konus şəklindədir. Hündürlüyü 20-400 m, əsasının diametri 100-4500 m olur.

Quruda yerləşən palçıq vulkanlarından başqa, gömülmüş və dəniz palçıq vulkanları da məlumdur. Xəzər dənizində 140-dan çox sualtı palçıq vulkanı var. Bakı arxipelaqında səkkiz ada (Xəzər-Zirə, Zənbil, Qarasu, Gil, Səngi-Muğan, Çigmil və s.) palçıq vulkanı mənşəlidir. Gömülmüş palçıq vulkanları quyularla aşkar olunmuşdur. Onların fəaliyyətinin izlərinə müxtəlif yaşlı layların arasında rast gəlinir. Məlumatlara görə, Azərbaycan Respublikası ərazisində palçıq vulkanlarının ilk fəaliyyəti təqribən 25 mln.il əvvələ aiddir. Adətən palçıq vulkanlarının püskürməsi güclü yeraltı uğultu və partlayışlarla başlanır. Yerin dərin qatlarından yer səthinə çıxan qazlar alışır. Bəzən vulkan üzərində alovun hündürlüyü 1000 m-ə (Qarasu vulkanı) çatır. Azərbaycan Respublikası ərazisində 1810-cu ildən indiyə qədər 50 vulkan təqribən 200 dəfə püskürmüşdür. Lökbatan vulkanında 19 püskürmə qeydə alınmışdır. Palçıq vulkanları sülb, qaz və maye püskürür. Sülb püskürmə məhsullarında 100 dəfə artıq mineral və 30-a qədər mikroelement (bor, civə, manqan, mis, barium, stronsium, litium və s.) iştirak edir. Palçıq vulkanları mənşəcə neft və qaz yataqları ilə əlaqədardır. Palçıq vulkanlarının yerləşdiyi sahələrdə zəngin neft və qaz-kondensant yataqları aşkar edilmişdir (Lökbatan, Neft Daşları, Qaradağ, Mişovdağ və s.). Onların palçığı müalicə məqsədilə işlədilən qiymətli xammaldır.

2007-ci ildə "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu" yaradılaraq 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir.

Mənbə: https://azerbaijan.az/

Yazar: Şükür Məhişoğlu Oxunma: 271 Bölmə: Təbiyyət
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?