Arama
Azərbaycan

Adı: Azərbaycan Respublikası, Türkçə: Azərbaycan Eli.

Başkəndi: Bakı.

Rəsmi dili: Azərbaycan Türkçəsi.


Sərhəd ölkələr: Rusiya, Qazaxıstan, Türkmənistan, İran, Türkiyə, Hayıstan (Ermənistan) və Gürcüstan.

Ərazisi: 86.6 min km kvadratı.

Su hövzəsi: ərazisinin 1.7%.

Ən yüksək zirvəsi: Bazar düzü zirvəsi.


Əhalisi: 10173200 nəfər.

Millət tərkibi: Türklər (92%), Ləzgilər (2%), Ermənilər (1.4%), Ruslar (1.3%), Talışlar (1.3%), digərləri (2%).

Əhalinin sıxlığı: 1 km kvadratına 117 nəfər (117 nəfər/km2.


Pul vahidi: manat.

Yol hərəkət tərəfi: sağ.

Telefon kodu: +994.

Domen sonluğu: az.


Qurulma tarixi: 28 may 1918-ci il.

Müstəqilliyin itirilməsi: 28 aprel 1920-ci il.

Müstəqilliyin bərpası: 18 oktyabr 1991-ci il.


İdarəolunması: Prezident üsul idarəsi.

Dövlət başçısı: İlham Əliyev.

Baş nazir: Əli Əsədov.


Haqqında digər bilgi:

Azərbaycan Respublikası, güney Qafqazda, Xəzər dənizinin batısında yerləşən və 1918-ci ilin may ayının 28-də qurulmuş Türk dövlətidir. Azərbaycanın quzeydə Rusiya ilə 391 km, güneydə İranla 765 km, güney-batıda Türkiyə ilə 15 km, batıda Ermənistan ilə 1007 km, quzey-batıda Gürcüstan ilə 471 km sərhəddi var. Xəzər dənizində isə Rusiya, Qazaxıstan və Türkmənistan ilə ümumilikdə 825 km sərhəddi mövcuddur. Xəzər dənizində sahil xəttinin uzunluğu 713 km-dir. Xəzər dənizinin 21%-i Azərbaycanın payına düşür. Azərbaycan respublikasının inzibati bölgüsü Bakı şəhəri, ondan başqa 65 inzibati vahid və Naxçıvan muxtar respublikası şəklindədir. (Ermənistan tərəfindən 1989-ci ildən başlayaraq 1994-cü ilə kimi Azərbaycanın torpaqlarının 20% hissəsi işğal edilmişdir. Aparılan danışıqlar nəticəsiz qaldığı üçün Azərbaycan Silahlı Qüvvələri 2020-ci il sentyabr ayının 27-də dəmir yumruq adlı əməliyyata başladı və işğal olunmuş əraziləri işğaldan azad etdi.)

Tarixi

10-cu əsrin ikinci yarısında Seyhun çayı sahili ilə bunun şimalında yaşayan Oquzlar, Səmərkənd və Buxara tərəflərinə enməyə başlamışlar. Buxara tərəflərinə enən Oquzların başında Kınık boyundan Səlcuq bəyin oğulları vardı. Səlcuq bəyin nəvələrindən Tuqrul və Çağırı bəylər çətin şərtlər içində Səlcuqlu elini qurdular. Tuqrul 1064-cu ildə vəfat etdiyi zaman dövlətin sərhədləri, Seyhundan Firata qədər uzanırdı. Yerinə keçən Alparslan 1071-ci ildə Malazqırt düzənliyində Bizansı məğlub edərək Anadolunun Türk eli olmasını təmin etdi. Bu zəfərdən sonra Anadolunun tam fəthinə Kutalmış bəyin oğulları məmur edildilər. Kutalmışoğlu Süleyman bəy böyük zəfərlər qazanaraq Üsküdara qədər gəldi və İzniki hökumət mərkəzi edərək Anadoluda Səlcuqlu elini qurdu. Süleyman kandan sonra I Qılıc Arslan, I Məsud və II Qılıc Asrlan Anadolu Səlcuqlu elinin başına keçərək Türk millətinə böyük xidmətlər etdilər. 13-cü əsrdə İran, Horasan və Maveraünnehir tərəflərində yaşayan alimlərin bir hissəsi Anadoluya gəldilər.

Türk kakanlıqının zəyifləməsinin təsiri ilə Səlcuqlar dövlətinin zəifləməsindən, Azərbaycan və Anadoluda Hülaku elinin dağılamasından sonra Bayandur boyu ilə Salar (Salur) boyunun qohumluğundan törəyən Ağqoyunlu boyundan Pəhləvan bəy (1370-1388-ci illər) Ağqoyunlu boy bəyliyinin əsasın qoydu. Vaxtı ilə Kazar kanlğının mövcud olduğu Azərbaycan ərazisində Kara Yuluq Osman bəy251 (1394-1435-ci illər) mərkəzi Diyarbakır olmaqla Ağqoyunlu bəyliyini daha da gücləndirdi və adına para kəsdirdi. Ondan sonra onun övladları Cahangir Mirzə və 1453-cü ildən etibarən Həsən bəy Bayandur (Uzun Həsən)252 bəyliyin bəyi olmuşlar.

Baharlı soyundan olan Bayram Hoca tərəfindən əsası qoyulan Qaraqoyunlu bəyliyini, 1380- 1389-cu illərdə Kara Mühamməd inkişaf etdirmişdir. 1410-cu ildə isə Kara Yusif tərəfindən Qaraqoyunlu elinin yarandığı elan edilmişdir. Lakin, 1467-ci ildə Muş döyüşündə Qaraqoyunlular məğlub edildi və Bağdada qədər olan geniş ərazilər, bu ərazilərdə yaşayan bir çox boylar Ağqoyunluların tərkibinə qatıldı. 1468-ci ildə Uzun Həsən Ağqoyunlu elinin əsasını qoydu və kan oldu.

Əsası Şeyx Səfiəddin253 tərəfindən qoyulan Səfəvilər təriqətinin 1499-cu ildə başına keçən I Şah İsmayıl254 1500-cü ildə ordusu ilə Şirvanşah hökmdarı Fərrux Yasarın üzərinə hücuma keçdi. Gülüstan qalası yaxınlığındakı Cabanı düzündə baş vermiş Cabanı döyüşündə Şirvanşahlar məğlub edilir və I Fərrux Yasar öldürür. 1501-ci ildə Təbriz şəhərinə daxil olaraq öz Şahlığını elan edir.

1503-cü ildə I Şah İsmayıl Ağqoyunlu hökmdarı Murada onun hakimiyyətini tanımağını və tanıdığı təqdirdə İraq-i Əcəmin bir hissəsini ona təklif etdi. Murad təklifi qəbul etmədi. Bundan sonra Səfəvi qoşunu 12 minlik ordu ilə Həmədana doğru irəlilədi. 21 iyun 1503-cü idə Səfəvi və Ağqoyunlu qoşunları arasında Həmədan yaxınlığında Almaqulağı deyilən yerdə Almaqulağı döyüşü baş verdi. Döyüşdə Səfəvilər qalib gəldi. Ağqoyunlu elinə son verildi.

1524-cü ildə Şah I İsmayıl vəfat etdi. Bundan sonra I Təhmasib255, II İsmayıl256, Mühamməd Xudabəndə257, I Abbas258, II Abbas, II Təhmasib və Nadi şah oldular. 1747-ci ildə Nadir Şahın sui-qəsd nəticəsində öldürüldükdən sonra Səfəvi elinin tərkibində olan ərazilərdə bir sıra boylar müstəqilləşməyə başladı. Bu günkü Azərbaycan elində 22 kiçik ellər yarandı. Şimali Azərbaycan ərazisində Bakı xanlığı, Cavad xanlığı, Dərbənd xanlığı, Gəncə xanlığı, İrəvan xanlığı, Talış xanlığı, Naxçıvan xanlığı, Qarabağ xanlığı, Quba xanlığı, Şamaxı xanlığı, Şəki xanlığı, Şirvan xanlığı, Güney Azərbaycan ərazisində Ərdəbil xanlığı, Marağa xanlığı, Maku xanlığı, Qaradağ xanlığı, Sərab xanlığı, Təbriz xanlığı, Urmiya xanlığı, Xalxal xanlığı, Xoy xanlığı, Zəncan xanlığı müstəqilləşdi.

Ancaq 1801-ci ildə Rus imperiyası Gürcüstan ərazilərini özünə birləşdirərək Qafqaz canişinliyini yaratdı. Bunun ardınca 1802-1805-ci illərdə Çar Rusiyası və İran quzey Azərbaycanı Rusiyaya və güney Azərbaycanı İrana qatmaq məqsədi ilə hərbi əməliyyatlara başladı. Nəhayət 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsi ilə Araz çayından quzey tərəfdəki torpaqlar Rus, güneydəki torpaklar İran dövləti tərəfindən işğal edildi.

1914-1918-ci illərdə baş vermiş I dünya müharibəsi dünyanın xəritəsini tamamilə dəyişdi. Çar Rusiyası süqutundan sonra M.Ə.Rəsulzadənin başçılığı ilə Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radiostansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar və milli dövlətinin qurulduğunu tam şəkildə bəyan edirdi. Fətəlixan Xoyskinin başçılığı ilə hökumət təşkil olundu.

1920-ci ilin aprelin 28-də Azərbaycan Ruslar tərəfindən yenidən işğal edildi. Formal olaraq Azərbaycan Cümhuriyyəti adı saxlanılsa da əslində Azərbaycan Ruslar tərəfindən idarə olunurdu. 1922-ci il dekabrın 30-da Sovet Sosialist respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya federasiyasının bu quruma daxil olması ilə Azərbaycanın müstəqilliyinə son qoyuldu. Sovet İttifaqı dönəmində milyona yaxın Azərbaycan Türkü Ruslar tərəfindən vəhşicəsinə məhv edildi, soyqırıma məruz qaldı. Ölkənin təbii sərvətləri talan edildi. Göycə, Zəngəzur, Borçalı, Dərbənd və s. torpaqları Azərbaycandan alınaraq Erməni, Gürcü və Ruslara verildi. II dünya müharibəsi başlayan zaman Azərbaycan əhalisi alçaq Stalin tərəfindən göz görəsi qırğına verildi. Azərbaycanda qalan əhali günün 24 saatı vəhşicəsinə işlədildi. Azərbaycanda yaşayan Türklər, 1920-1958-ci illərə qədər Ruslarla gizli və açıq şəkildə savaşdı. 1960-80-cı illərdə 4 dəfə Azərbaycanın müxtəlif yerlərində işğalçılara qarşı üsyanlar oldu və vəhşicəsinə yatırıldı.

Nəhayət, 1988-ci ildən işğalçılara qarşı başlayan xalq savaşı Ruslar üzərində tam qələbə çaldı. Azərbaycan Respublkasının müstəqillik əldə etdiyi və suveren dövlət quruculuğuna başladığı ərəfədə yəni 1991-1992-ci illər ərzində Dağlıq Qarabağda vəziyyət gündən-günə gərginləşirdi. SSRİ dağıldıqdan sonra qisas almaq üçün Ruslar Ermənilərin adı ilə geniş miqyaslı hərbi əməliyyatlara başladı. 1992-ci ilin fevralında Dağlıq Qarabağda Türklərin məskunlaşdığı Xocalı şəhərində qocalar, qadınlar və uşaqlar da daxil olmaqla min nəfərə yaxın dinc sakin rus hərbçilərinin köməyi ilə ermənilər tərəfindən xüsusi qəddarlıqla qətlə yetirildi. Ruslar və Ermənilər Qarabağ və ətraf rayonları işğal etdilər.

Beləliklə, bu təcavüz nəticəsində Azərbaycan respublikasının 17 min kvadrat kilometrindən çox torpağı işğal olunmuşdur ki, bu da ölkə ərazisinin 20 faizini təşkil edir. Bu münaqişədə Azərbaycan dövləti 20000 şəhid vermiş, minlərlə dinc sakin həlak olmuş, 50 mindən çox adam yaralanmış və ya əlil olmuş, 1000000-dan artıq türklər öz doğma torpaqlarından qovulmuşlar. Azərbaycan dövləti bu imtahandan çox böyük bədəl versədə məhv olmadan çıxa bildi.

Azərbaycan adının anlamı

Kasar bay kan adı əsasən ərəb tarixçilərinin tələffüzü ilə Kasar bay kan – Kazar bay kan – Azarbaykan – Azərbaycan adını aldı. K hərifi zamanla h (x) hərifinə, s hərifi isə z çevrildi (Aras sözünün Araz olduğu kimi Xazar Bay kan yaxud Hazar Bay kan olaraq) yaxud tamamən itdi. Azar sözü də fars kökənli Azəri sözündən deyil Kasar-Kazar (Xazar yaxud Hazar) sözündən yaranmışdır. Hudüd al-Aləm (Aləmlərin sirri) əsərində Kasarların – Kazarlıların Asina soyundan gəldiyi təsvir edilir. Əl-Məsudiyə görə isə Kazarlar Sabar Türklərinin davamıdır. Çinlilər isə Kazarlıları Tuküe Hosahosa adlandırıblar. Lakin hesab edirik ki, Kazar boyu çox daha qədimdən var olmuşdur. Kazarlar Bolqarlarla Qıpçaqların qohumluğundan yaranmışlar. Kazar adı isə (və eləcədə Kazan adı) Kasar adının fərqli tələffüzüdü.

Coğrafiyası və iqlimi.

Azərbaycan 39° 24', 41° 54' quzey en dairələri arasında və 44° 46', 50° 45' doğu uzunluğunda yerləşir. Azərbaycanın ərazisinin 11,5%-i meşəlik, 1,7%-i su hövzələrindən ibarətdir. Torpaqlarının 50%-dən çoxu əkilib-becərilə bilən torpaqlardı. Ölkə ərazisinin beşdə biri düzənlik-ovalıq, beşdə dördü isə dağlıqdır. Ölkə ərazisi Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran (dağlıq ərazilər) və Mərkəzi Aran (ovalıq) olmaqla beş coğrafi bölgəyə ayrılmışdır. Azərbaycanın ərazisində 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Ölkə ərazisində 2000-dən çox palçıq vülkanı vardır. Azərbaycan ərazisində irili-xırdalı 8550-dən artıq axar sudan ibarət çay sistemi vardır ki, onların bütövlükdə ümumi uzunluğu 33665 km. təşkil edir. Bütün bu çayların su toplayıcı sahəsi 85600 km² qəbul edilir. Çayların 7550-sinin uzunluğu 5 km-dən az olan çaylardır. Qalan 800 çaydan yalnız 65-nin uzunluğu 50 km-ə qədər, 735-nin uzunluğu isə 6 km ilə 50 km arasında dəyişir.

1000 km-dən yuxarı:

Kür - 1515 km, Araz - 1072 km.

1000-100 km:

Qanixçay - 413 km, Qabırrıçay - 394 km, Samur çayı - 216 km, Tərtərçay - 200 km, Sumqayıtçay - 198 km, Kürəkçay - 186 km, Türyançay - 180 km, Bazarçay - 178 km, Ağstafaçay - 133 km, Bolqaray - 163 km, Əyriçay - 135 km, Arpaçay - 126 km, Xaçınçay - 119 km, Pirsaatçay - 119 km, Göyçay - 115 km, Qarqarçay - 115 km, Viləşçay - 115 km, Həkəriçay - 113 km, Qudyalçay - 108 km, Qusarçay - 108 km, Ceyrankeçməzçay - 100 km.

100-50 km:

Gəncəçay - 99 km, Gilançay - 99 km, Əlicançay - 98 km, Vəlvələçay - 98 km, Şamxorçay - 95 km, Qaraçay - 93 km (Quba və Xaçmaz), Zəyəmçay - 90 km, Köndələnçay - 89 km, Girdimançay - 88 km, Ağsuçay - 85 km, Oxçuçay - 85 km, Ləkərçay - 84 km, İncəçay - 83 km (Ağdərə, Tərtər və Yevlax), Quruçay - 82 km (Xocavand və Füzuli), Lənkərançay - 82 km, Gorançay - 81 km, Naxçıvançay - 81 km, Quruçay - 77 km (Quba və Xaçmaz), Axıncaçay - 76 km Qoşqarçay, 76 km, Gilgilçay, 72 km, Həsənsuçay, 71 km. Dəmiraparançay - 69 km, Ağçay - 68 km, Çikilçay - 68 km, Çağacıqçay - 65 km, Bala Kür - 63 km, Hocazsuçay - 63 km, Əlincəçay - 62 km, Xonaşençay - 62 km, Coqasçay - 60 km, Cəyirçay - 58 km, Muxaxçay - 56 km, Tikanliçay - 56 km, Kürmükçay - 55 km, Katexçay - 54 km, Şabrançay - 62 km, Künkütçay - 52 km, Bumçay - 51 km, İncəçay - 51 km (Cəbrayıl), Zabuxçay - 51 km, Göytəpəçay - 50 km.

Dünyada təsbit edilmiş 11 iqlim tipindən 8-nin Azərbaycanda olduğu müəyyən edilmişdir. Ölkə ərazisində ortalama temperatur 27 0C, ən yüksək temperatur isə 46 0C olmuşdur. İllik yağıntı miqdarının 1200-1400 arasında dəyişdiyi qeyd olunur.

Azərbaycan Respublikasında 250-yə yaxın göl var. Bunların əksəriyyəti kiçikdir. Hacıqabul, Sarısu, Masazır, Candargöl və s. nisbətən böyük göllərdir. Orta və yüksək dağlıq ərazilərdə göllərin (Kürəkçay hövzəsindəki Göygöl və Maralgöl, Şəmkir çayı hövzəsindəki Göygöl, Böyük və Kiçik Alagöllər) gözəl mənzərəsi var. Respublikanın gölləri erozion-buzlaq, erozion-çay, tektonik və abrazion mənşəlidir. Abşeronda bir sıra axarsız və şor relikt göllər var. Yayda bunların xeyli hissəsi quruyur və şoranlığa çevrilir. Dağ göllərindən mal-qaranın suvarılmasında, Hacıqabul, Sarısu, Ağgöl və s.-dən balıqçılıqda və qismən suvarmada, Abşeronun şor göllərindən kimyəvi maddələrin alınmasında, həmçinin müalicə palçığından istifadə edilir. Çayların yuxarı axınındakı göllər Batabat qrupu, Qanlıgöl (Naxçıvan çayı hövzəsi), Göygöl (Şəmkir çay hövzəsi) və s. süni su anbarlarına çevrilmişdir. Onlar yayda çayları əlavə su ilə təchiz edir.

Bitkilərheyvanlar.

Azərbaycanda 4500-dən çox bitki növü yayılmışdır. Azərbaycan təbiətində 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü qeydə alınmışdır.

Xarici əlaqələr.

Azərbaycan BMT, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Şərq Tərəfdaşlığı, Türk Kənəşi, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MAQATE, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və digər təşkilatların üzvüdür. Azərbaycan Türk Kənəşi və Qoşulmama Hərəkatı təşkilatında aktif fəaliyyət göstərməkdədir. Ermənistanın işğalçılıq hərəkətlərinə görə Ermənistanla diplomatik, siyasi və iqtisadi əlaqələr yoxdur. Digər dövlətləri çoxu ilə münasibətlər normal olaraq davam etməkdədir. Türkmənistanla olan Xəzər dənizindəki yataq sorunu 2021-ci ildə Türk Birliyi çərçivəsində öz həllin tapmış və yatağın adı Dostluq yatağı olaraq dəyişdirilmişdir. Türkiyə və Pakistan ilə qardaşlıq münasibəti qurulmuşdur.

Ordu.

Azərbaycan Ordusu, Azərbaycanın Ali baş komandanı, Müdafiə Nazirliyi və Baş qərargah tərəfindən idarə olunmaqdadır. Azərbaycan Ordusu Qafqaz dövlətləri içində ən güclü və hazırlıqlı ordudur. Dünyada 59-cu ən güclü ordu hesab olunur. Ordu Türk, Rus, İsrail və digər dövlətlərin istehsal etdiyi silahlarla silahlanması ilə yanaşı Azərbaycan Müdafiə Sənayesi tərəfindən istehsal olunan (İstiqlal texnika məhvedici snayper tüfəni, Yalquzaq yüngül snayper tüfəngi, Xəzri avtomat tufəngi, Qaya qumbaraatanı, Gürzə patrul maşını, İtiqovan SİHA-sı və s.)silahlarlada silahlanmışdır. Azərbaycan ordusu 1-ci Qarabağ savaşında qurulmuş, 2-ci qarabağ savaşında peşəkər şəkildə öz vəzifəsini yerinə yetirmişdir. Bundan başqa Azərbaycan ordusu Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı qüvvələrin tərkib hissəsi kimi xidmət aparmışdır və bəzi yerlərdə hələ də aparmaqdadır.

Azərbaycan
Azərbaycan Respublikasının bayrağı.
Azərbaycan
Azərbaycan Respublikasının gerbi.
Azərbaycan
Azərbaycan Respublikasının xəritəsi.
Azərbaycan
Azərbaycanla bağlı səhifə görnüşü
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?